Azercellin rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu

Azercellin rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat olduŞirkət abunəçilərinə Busuu və Bookmate tətbiqlərindən əlverişli şərtlərlə isitfadə imkanı təqdim edir
Azxeber.com xəbər verir ki, Azercell yeni dərs ilinin başlanması münasibəti ilə öz istifadəçiləri üçün "Məktəbə qayıdış" adlı kampaniyasını təqdim edir! Kampaniya çərçivəsində sentyabr ayı ərzində Azercell abunəçiləri "Bookmate" elektron kitabxana tətbiqi və "Busuu" məşhur dil öyrənmə proqramından daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Ən əsas üstünlüklərdən biri ondan ibarətdir ki, xidmətə yeni qoşulan mütaliəsevərlər və dil biliklərini inkişaf etdirmək istəyən abunəçilər ilk 7 gün ərzində tətbiqdən pulsuz istifadə imkanı əldə edir.
Pandemiya dövründə kitabxanaların bağlı və ictimai yerlərdə yoluxma riskinin yüksək olduğu bir dönəmdə kitablara olan tələbatı ödəmək üçün "Bookmate" ən ideal vasitədir. "Bookmate" tətbiqi iki milyondan çox kitabı rahatlıqla əldə etməyə kömək edir. Hər bir istifadəçi bu tətbiqdə öz zövqünə uyğun müasir nəsr, qeyri-bədii ədəbiyyat, klassik və dedektiv janra və yaxud uşaq ədəbiyyatına dair kitablar tapa bilər.
Məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə tətbiq vasitəsilə kitabları oxumaqla yanaşı, həm də dinləmək mümkündür ki, bu da "Bookmate" xidmətinin üstünlüklərindən biridir. Bundan əlavə, tətbiqdə müəyyən müddətdə nə qədər kitab oxuyacağını planlaşdırmağı xoşlayan istifadəçilər üçün "Bu ilin məqsədləri" funksiyası da aktivdir. Bu funksiya mütaliəsevərləri daha çox kitab oxumaga sövq edəcək və dostlarıyla gözəl rəqabətə səbəb olacaq.
Tətbiqdə azərbaycan, rus, ingilis və bundan əlavə 13 dildə ədəbiyyat seçimi imkanı təqdim edilir. Bookmate cəmiyyətinə qoşulmaqla, həm də öz düşüncələrinizi 1 milyondan çox abunəçi ilə bölüşün.
Onu da nəzərinizə çatdırırıq ki, xidmətə Azercell abunəçisi kimi qoşulduqda ayda 7.99 AZN deyil, cəmi 3.50 AZN ödəməklə tətbiqdən faydalanmaq mümkündür. Odur ki, daim yenilənən zəngin kitab kataloqundan ibarət mobil kitabxananızı yaradın. Həftəlik abunə üçün *500#YES, aylıq abunə üçün isə *533#YES yığaraq elə indi Bookmate tətbiqinə qoşulun. Sevdiyiniz kitabları həm oxuyun, həm də dinləyin. Xidmətə müxtəlif
platformalar – Azercell-in rəsmi saytı, "Kabinetim" tətbiqi, "ABB Mobile", "Umico" mobil əlavələr üzərindən qoşulmaq mümkündür.
Kampaniya çərçivəsində təqdim olunan ikinci xidməti - milyonlarla abunəçisi olan Busuu proqramını digərlərindən fərqləndirən əsas cəhəti real vaxt rejimində xarici dili öyrənməyi əlçatan etməsidir. Tətbiq üzərindən dərslərə başlamazdan öncə test vasitəsilə hər bir istifadəçinin dil bilmə səviyyəsi qiymətləndirilir. Testin nəticələrinə əsasən abunəçilər üçün fərdi təlim planı və dərs cədvəli tərtib edilir. Busuu istifadəçilərinə A1, A2, B1, B2 səviyyələri üzrə ingilis dilini öyrənmək və ya istiqamətdən asılı olaraq işgüzar, ümumi və yaxud səyahət üçün ingilis dilini seçmək imkanı da təqdim edilir. Hər dərsin sonunda abunəçilərin yerinə yetirdiyi tapşırıqlar yoxlanılır və qiymətləndirilir.
Busuu tətbiqindəki "İcma" bölməsindən ümumi maraq dairəsinə görə dil daşıyıcısı olan həmsöhbətlər tapıb onlarla həm ünsiyyət qura, həm də maraqlandığınız sualların cavabını ala bilərsiniz. Önəmli məqamlardan biri isə kursu bitirənlərə dil biliyi səviyyəsini təsdiq edən beynəlxalq "McGraw-Hill" sertifikatının verilməsidir.
App Store və Play Market üzərindən Busuu tətbiqinə aylıq 20 AZN deyil, cəmi 3 AZN ödəməklə abunə olun, dünyanın ən çox danışılan 12 dilini (ingilis, rus, fransız, ispan, italyan, alman, portuqal, polyak, yapon, çin, türk və ərəb) rahatlıqla öyrənin. Xidmətə qoşulmaq üçün *969#YES yığın, öyrənmə planınızı seçin, dilinizi zənginləşdirərək nailiyyətlərinizi izləyin.
Azercell yeni tədris ilinə hazırlaşan abunəçilərini bu imkanlardan yararlanmağa dəvət edir və hər kəsə uğurlar arzulayır.

İqtisadiyyat       Tarix: 14 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeber az xəbərlər.com son xeberler az