"AzerGold" heyəti Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
"AzerGold" QSC-nin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri – "Daşkəsən Dəmir Filiz" MMC və "AzerBlast" MMC-nin rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
azxeber.com xəbər verir ki, ziyarət çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyularaq onun elmi irsinə və insanlığa xidmət edən zəngin həyat yoluna hörmət ifadə olunub.
Daha sonra ziyarətçilər Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin minnətdarlıq və ehtiramla anılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq təsis edilən "AzerGold" 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb. Artıq 10 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti faydalı qazıntı yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata və sosial inkişafa davamlı töhfələr verir.








Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır