"AzerGold"un təşkilatçılığı ilə səyyar tibbi müayinə aksiyası keçirildi - FOTOLAR

"AzerGold" QSC və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Göygöl rayonunda üç gün davam edən səyyar tibbi müayinə aksiyası keçirilib.
azxeber.com xəbər verir ki, "AzerGold" QSC və RİİB-in fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil olunan aksiya Göygöl rayonunun Tülallar, Zurnabad, Topalhəsənli və Gəncə kəndlərinin, eləcə də rayonun digər yaşayış məntəqələrinin sakinlərini əhatə edib. Aksiyanın ilk günü şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarına həsr olunub.
Peşəkar həkim briqadası tərəfindən ümumilikdə 436 rayon sakininə tibbi xidmət göstərilib. Sakinlər oftalmoloq, terapevt, otorinolarinqoloq (LOR), endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrah müayinələrindən keçməklə yanaşı, ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektrokardioqrafiya (EKQ), qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərinin təyini, ambulator arterial təzyiq monitorinqi və qanda şəkər səviyyəsinin müəyyən edilməsi kimi diaqnostik xidmətlərdən də ödənişsiz yararlanıblar.
Aksiya çərçivəsində ilk dəfə olaraq rayon sakinlərinə müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikada da xidmət göstərilib. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər ixtisaslaşmış oftalmoloji xidmətlər həyata keçirilib.
Ümumilikdə aksiya müddətində rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif xəstəlik və sağlamlıq problemləri aşkarlanan vətəndaşlara müvafiq müalicə təyin olunub, əlavə müayinə və ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan şəxslərə isə aidiyyəti tibb müəssisələrinə müraciət etmələri tövsiyə edilib.
Qeyd edək ki, "AzerGold" QSC tərəfindən 2021-ci ildən etibarən mütəmadi olaraq həyata keçirilən səyyar tibbi müayinə aksiyalarının əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinə mədəniyyətinin təşviqidir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 2 936 nəfər sakinə 11 890 tibbi xidmət göstərilib.

İqtisadiyyat       Tarix: 14 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne