"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib.
azxeber.com xəbər verir ki, səhər yeməyi formatında keçirilən tədbirdə 30-dan artıq media qurumunun xanım nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi qadın sağlamlığı, profilaktik müayinələrin əhəmiyyəti, vaxtında diaqnostikanın insan həyatındakı rolu və süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması barədə maarifləndirmə işlərinin aparılması olub.
Tədbirdə bu cür maarifləndirici təşəbbüslərin ictimai əhəmiyyəti vurğulanıb. Görüş zamanı qadın sağlamlığı, check-up müayinələri, mamoqrafiyanın önəmi, erkən diaqnostika və sağlam həyat tərzi kimi mövzular müzakirə olunub, media nümayəndələrinin sualları cavablandırılıb.
Daha sonra iştirakçılar konfrans otağında Liv Bona Dea Hospitalının fəaliyyəti, tibbi xidmət istiqamətləri, müasir infrastrukturu və pasiyentlər üçün təqdim etdiyi imkanlar haqqında təqdimatı izləyiblər. Ardınca media nümayəndələri üçün hospital üzrə tanışlıq turu təşkil olunub. Tur zamanı iştirakçılar cərrahiyyə, radiologiya, laboratoriya, uşaq şöbəsi, palatalar, helikopter eniş meydançası və digər tibbi infrastruktur imkanları ilə tanış olublar.
Tədbirdə iştirak edən jurnalistlərə özləri və ya ailə üzvləri üçün Liv Bona Dea Hospitalında check-up və ya mamoqrafiya müayinəsindən yararlanmaq imkanı da təqdim edilib.
"Azərlotereya" ASC-nin mütəmadi olaraq təşkil etdiyi "Media klub" layihəsi media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi, ictimai əhəmiyyət daşıyan mövzular üzrə maarifləndirmənin artırılması və sosial məsuliyyət təşəbbüslərinin dəstəklənməsi məqsədini daşıyır.









Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu