"Azərsun Holdinq" 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur - Fotolar
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.
"Azərsun Holdinq" də qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib. Bunlar "Sun Tea" MMC, "AzərSüd" MMC və "Qafqaz Konserv Zavodu" MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir. Əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə "Azərsun Holdinq"in İstehsalat və Tədarük Zəncirinin Baş Direktoru Riza Özkayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramovun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.
Görüş zamanı 4SİM tərəfindən həyata keçirilən "Sənaye 4.0 Hazırlıq Proqramı" haqqında geniş müzakirələr aparılıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasını təmin etmək, əməliyyat səmərəliliyini artırmaq, innovasiyaları təşviq etmək və bununla da onların rəqabət qabiliyyətini gücləndirməkdir. Proqram eyni zamanda ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməyi hədəfləyir.
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.
Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. Bu yanaşma, hər bir müəssisənin xüsusi ehtiyaclarını nəzərə alaraq, onların səmərəliliyini artırmağa və texnoloji inkişafını dəstəkləməyə imkan verir.
"Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"nın əsas təşəbbüslərindən biridir. Proqram çərçivəsində 65 müəssisənin texnoloji transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.




/ azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb