Azərsun Holdinq' rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir - FOTOLAR
"Azərsun Holdinq" sənayenin rəqəmsal transformasiyası istiqamətində fəaliyyətini genişləndirir. Holdinq, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən proqram çərçivəsində aktiv iştirak edir və üç iri müəssisəsi ilə prosesə qoşulub.
azxeber.com xəbər verir ki, Azərbaycanda uzun illərdir fəaliyyət göstərən "Azərsun Holdinq" sənayenin inkişafına verdiyi töhfələrlə yanaşı, istehsalatın modernləşdirilməsi və texnoloji yeniliklərin tətbiqi istiqamətində də ardıcıl addımlar atır.
Bu çərçivədə holdinq rəqəmsal həllərin tətbiqi, istehsal proseslərinin optimallaşdırılması və resurslardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir.
Layihə çərçivəsində "Sun Tea" MMC və "AzərSüd" MMC-də istehsal proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırma səviyyəsinin artırılması və idarəetmədə rəqəmsal alətlərin tətbiqi istiqamətində işlər aparılır. Görülən tədbirlər müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsinə və istehsalın daha çevik təşkilinə şərait yaradır.
Qeyd edək ki, bu kimi layihələr "Azərsun Holdinq"in istehsal gücünün artırılmasına, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə və beynəlxalq bazarlarda mövqeyinin daha da möhkəmləndirilməsinə yönəlib. Holdinq gələcək dövrdə də rəqəmsal transformasiya istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.




Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb