"Azərsun Holdinq"in dəstəyi ilə "Mediada Azərbaycan dili" kitabı nəşr olunub

Medianın İnkişafı Agentliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü və "Azərsun Holdinq"in dəstəyi ilə "Mediada Azərbaycan dili" kitabı dərc edilib. 
azxeber.com xəbər verir ki, kitab eyni adlı təlim proqramı çərçivəsində keçirilən görüşlər əsasında hazırlanıb. Nəşrin əsas məqsədi Azərbaycan ədəbi dilinin normaları ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, audiovizual mediada dil mədəniyyətinin yüksəldilməsinə və peşəkar nitq mühitinin formalaşdırılmasına töhfə verməkdir.
Kitabın müəllifləri – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, BDU-nun kafedra müdirləri - filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova və filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirova nəşrin hazırlanmasının məqsədi, mediada daha çox rast gəlinən dil qüsurları və vəsaitin jurnalistlərin gündəlik fəaliyyətində istifadə oluna biləcək praktik mənbə kimi əhəmiyyəti barədə məlumat veriblər. Vəsaitdə layihə çərçivəsində təlim keçən digər dilçi alimlərin, media mütəxəssislərinin tövsiyə və yanaşmalarına da yer verilib.
Bu kitab təkcə media nümayəndələri üçün deyil, həm də jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün qiymətli mənbə olacaq.
Qeyd edək ki, Azərbaycan dili "Azərsun Holdinq"in əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Belə ki, sosial məsuliyyət layihələrindən olan "WikiSun" layihəsi çərçivəsində şirkət əməkdaşlarının ana dilində yazdığı 5000 yaxın məqalə Vikipediyaya yerləşdirilib. Eyni zamanda 30 yaxın media nümayəndəsinə "Süni intellekt alətlərindən istifadə etməklə ana dilində məzmun yaratmaq" mövzusunda təlim keçirilib.

İqtisadiyyat       Tarix: 20 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne