"Azərsun Holdinq"in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək
COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı "Azərsun Holdinq" layihə çərçivəsində artıq bir neçə gündür ki, Yaşıl Zonadakı pavilyonunda süni intellekt, təkrar emal və sağlam həyatla bağlı bir sıra təqdimatlar və seminarlar keçirir.
Görüşlərdə media nümayəndələri və müxtəlif şirkət əməkdaşları iştirak edir, mövzularla bağlı müzakirələr aparılır.
Bundan əlavə, yanaşı şirkətlər qrupu Yaşıl Zonada keçirilən qlobal panel müzakirələrinə qoşulur. Belə ki, 15 noyabr tarixində saat 10:00-11:00 aralığında Yaşıl zona Enerji zalında keçiriləcək "Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bugündən maliyyələşdirmək" adlı panel müzakirəsində "Azərsun Holdinqin" idarə heyətinin üzvü Savaş Uzanın çıxışı olacaq.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Azərsun Holdinq" dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var