AZƏRTAC-dan Fransa mətbuatında yayılan dezinformasiya ilə bağlı AÇIQLAMA - FOTO

AZƏRTAC-dan Fransa mətbuatında yayılan dezinformasiya ilə bağlı AÇIQLAMA - FOTOFransa mətbuatında guya AZƏRTAC-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların "casus" adlandırıldıqları dezinformasiya tirajlanır.
AZƏRTAC məsələ ilə bağlı açıqlama yayıb.
Xatırladaq ki, AZƏRTAC-ın iki jurnalisti redaksiya tapşırığını yerinə yetirmək üçün 2023-cü il dekabrın 3-də Yeni Kaledoniyaya ezam olunmuşdular. Onlardan biri viza bəhanəsi ilə ölkəyə buraxılmayıb, bir sutka polis nəzarətində saxlanıldıqdan sonra ölkədən çıxarılıb.
"Uzun müddətdir ki, jurnalist fəaliyyəti ilə məşğul olan əməkdaşlarımıza "casus" damğasının vurulması qəbuledilməzdir. Jurnalistimizə qarşı edilən haqsızlıqdan və bunun bütün dünyaya yayılmasından sonra belə bir yazının meydana çıxması onu göstərir ki, bu dezinformasiyanın arxasında Fransa rəsmi qurumları dayanır. Bu, Yeni Kaledoniyada jurnalistimizə qarşı törədilən haqsızlığı ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Yeni Kaledoniyada azadlıq tələbi ilə yürüşə çıxanların haqq səsini dünyaya çatdırmaq istəyən jurnalistlərə Fransa hökumətinin bu cür qeyri-rəsmi formada "casus" damğası vurmaq cəhdi demokratiya, azad söz, media azadlığı kimi fundamental prinsiplərin tələblərinə qarşı çox böyük hörmətsizlikdir.
Jurnalistimizə qarşı Yeni Kaledoniyada edilən haqsızlığı hətta Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa da öz açıqlamasında pisləyib. Onun jurnalistimizə yazdığı məktubda deyilir: "Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü olaraq, 2023-cü il dekabrın 3-də Numeaya səfəriniz zamanı məruz qaldığınız ayrı-seçkiliklə əlaqədar Sizə tam dəstəyimi ifadə etmək istəyirəm. Biz bir daha müstəmləkə hökmranlığı altında olan xalqlarla bağlı məlumatların yayılmasına qarşı həqiqətən ifrat müstəmləkəçi münasibətinin şahidi olduq".
Feyk məqalədə qeyd edilir ki, Fransanın müdafiə naziri həmin ərəfədə Yeni Kaledoniyaya səfər edib və jurnalistlər də məhz bunu işıqlandırmaq üçün oraya gediblər. Həmçinin məqalədə jurnalistlərin "casus" olduğu yazılır. Bununla da onlar özlərini təkzib etmiş olurlar – bir tərəfdən yazırlar ki, jurnalistlər ora hadisələri işıqlandırmağa gediblər, ardınca isə onları "casus" adlandırırlar. Qeyd etməliyik ki, AZƏRTAC-ın jurnalistlərinə redaksiya tapşırığı məhz dekabrın 5-də keçirilmiş müstəqillik mitinqinin işıqlandırılması olub. Bundan əlavə, əməkdaşlarımız yerli kanak xalqının həyat tərzi, sosial-iqtisadi vəziyyəti, mədəniyyəti haqqında reportajlar hazırlamalı idilər. Təəssüf ki, verilən redaksiya tapşırıqları bir əməkdaşımızın ölkəyə buraxılmaması səbəbindən tam olaraq yerinə yetirilməyib.
AZƏRTAC məqalədə qeyd olunan absurd və cəfəng iddiaları qəti şəkildə rədd edir və bunu təxribat xarakterli feyk informasiya sayır. Fransa mediasının bu cür dezinformasiya yaymasını azad mətbuat göstəricisi yox, məhz beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq və həqiqətləri gizlətmək cəhdi kimi qətiyyətlə pisləyirik", - deyə məlumatda qeyd olunub.
AZƏRTAC-dan Fransa mətbuatında yayılan dezinformasiya ilə bağlı AÇIQLAMA - FOTO

Siyasi       Tarix: 13 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber sou xeberler bugun son xabar maşın realiti şou