"Bakcell" "Ən Uğurlu Rebrendinq" mükafatına layiq görüldü
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən "Bakcell", reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan "Felis" tərəfindən "Ən Uğurlu Rebrendinq" mükafatına layiq görülüb.
Qeyd edək ki, "Bakcell" rebrendinq zamanı "Meta" və "Alphabet" kimi dünyanın aparıcı brendləri ilə işləyən İspaniyanın qlobal konsaltinq şirkəti - "Saffron"la əməkdaşlıq edib.
"Bakcell"in son aylarda abunəçilərə təqdim etdiyi innovativ məhsullar arasında "Star Portfolio", "Birinci Tarif", "Bakcell Kart", "Tarif Məsləhətçisi", "VoWifi" və "Fiber1" yer alır. Şirkət, həmçinin həyata keçirdiyi sosial layihələri milli qürur fəlsəfəsi altında həyata keçirməklə sektorda lider mövqeyini daha da gücləndirir.
Qeyd edək ki, "Felis Mükafatları" 19 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından fərqlənən layihələri dəyərləndirir. 2022-ci ildən etibarən bu müsabiqə Azərbaycan üzrə də təşkil edilir. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi