Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci "YAŞAT" düşərgəsinə start verilib.
Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə "YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə davam edir. Lənkəran şəhərində təşkil olunan layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur. Yeddi həftə davam edəcək düşərgə proqramı uşaqların asudə vaxtının səmərəli təşkili, şəxsi inkişafı və sosial bacarıqlarının gücləndirilməsi məqsədilə hazırlanıb.
İştirakçılar üçün müxtəlif əyləncə proqramları, maarifləndirici təlimlər, teatr tamaşaları, ekskursiyalar, peşəkar mütəxəssislərlə görüşlər və konsert proqramları təşkil olunur.
Bakcell-in dəstəyi ilə düşərgənin ikinci günü iştirakçılar üçün süni intellekt və innovasiya mövzularına həsr olunmuş təlim keçirilib. Təlim çərçivəsində uşaqlar müasir texnologiyaların gündəlik həyata təsiri, süni intellektin tətbiq sahələri və gələcəyin peşələri barədə məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən sessiya iştirakçıların rəqəmsal biliklərinin və innovativ düşüncə bacarıqlarının inkişafına töhfə verib.
Bakcell sosial məsuliyyət fəaliyyətləri çərçivəsində gənc nəslin inkişafına və cəmiyyətə dəyər yaradan təşəbbüslərə dəstəyini davam etdirir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.



/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu