Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala Qapısının ətrafında keçirib. Tədbir Azərbaycanın innovasiya lideri Bakcell-in dəstəyi ilə baş tutub.
Beləliklə, Bakı sakinləri və şəhərin qonaqları unikal fürsət əldə ediblər — gündüz İçərişəhərin dar küçələrində gəzərək əsrlərin tarixini hiss etmək, axşam isə müasir Bakının dinamik atmosferinə qoşulmaq imkanı qazanıblar.
Gecənin hedlaynerləri beynəlxalq səhnənin tanınmış artistləri olub. Afro House və Melodic House janrlarının yüksələn simalarından olan JUNO dərin ritmləri və emosional melodiyaları ilə çıxış edib. Tədbirdə həmçinin melodic house və indie dance səhnəsinin tanınmış prodüserlərindən biri olan LUCH səhnə alıb. Onun musiqiləri Keinemusik, Black Coffee, RÜFÜS DU SOL və Adriatique kimi dünya şöhrətli sənətçilər tərəfindən dəstəklənir.
Gecə ərzində Azərbaycanın tanınmış DJ-lərindən Ronfoller də çıxış edərək iştirakçılara unudulmaz musiqi təcrübəsi yaşadıb.
Bu dəfəki məkan 16 may tarixində keçirilmiş əvvəlki tədbirlə müqayisədə daha kiçik olsa da, tədbirə təxminən 8 min nəfər qatılıb. Marağın yüksək olması səbəbindən təşkilatçılar tədbirdən bir həftə əvvəl pulsuz GA zonası üçün qeydiyyatı dayandırıblar.
Boolood komandası artıq növbəti layihəsini də elan edib. Mərkəzi Nəbatat Bağında keçiriləcək tədbirin bu yayın ən böyük və ən çox müzakirə olunan hadisələrindən birinə çevriləcəyi gözlənilir.
Ətraflı məlumat almaq, pulsuz GA zonası üçün qeydiyyatdan keçmək və VIP zona biletlərini əldə etmək üçünbld.az saytına daxil olmaq mümkündür.
Qeyd edək ki, 30 may tarixində keçirilən boolood tədbirinin rəsmi tərəfdaşları Bakcell, Coca-Cola və Bir Bonus olub. / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu