Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşuldu - FOTOLAR

Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşuldu - FOTOLARBakcell şirkəti bu il də Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində "Xəzəri qoruyaq" şüarı ilə keçirilmiş təmizlik aksiyasına qoşulub. Aksiyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
"Coca-Cola" şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş bu aksiyanın əsas tərəfdaşları Bakcell, PAŞA Bank, "Carlsberg Azerbaijan" və "AzEcol" şirkətləri olub.
1000 nəfərdən çox könüllünün iştirakı ilə Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı və Corat çimərliklərində keçirilən aksiyada 25 hektar ərazidən ümumilikdə 6.5 ton tullantı toplanılıb.
Aksiyanı dəstəkləyən qurumlar sırasında həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, AFFA, Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Nəqliyyat Agentliyi yer alıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar antiseptik vasitələrlə təmin olunub və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil edilib.
Qeyd edək ki, Bakcell şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Bu hərəkata qoşulan ilk mobil operator kimi Bakcell ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.
Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşuldu - FOTOLARBakcell irimiqyaslı ekoloji aksiyaya qoşuldu - FOTOLARBakcell irimiqyaslı ekoloji aksiyaya qoşuldu - FOTOLARBakcell irimiqyaslı ekoloji aksiyaya qoşuldu - FOTOLARBakcell irimiqyaslı ekoloji aksiyaya qoşuldu - FOTOLAR

İqtisadiyyat       Tarix: 20 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər son xeberler az sou biznes sonxeber az