"Bakcell" "Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri"nə qoşulub

İnnovasiya və sürət lideri "Bakcell", dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin 100 ölkəni əhatə edən Müasir Marketinqin Əsasları (Essentials of Modern Marketing) qlobal təşəbbüsünə qatılıb. Qısa zamanda dünya və Azərbaycan oxucularına təqdim olunacaq kitabda ölkənin aparıcı şirkətlərinin uğur hekayələri yer alacaq.
"Kotler Impact" tərəfindən idarə olunan qlobal layihədə təqdim olunan kitab silsiləsi hər bir ölkəyə özəl yanaşma ilə hazırlanaraq yerli bizneslərin uğurlarını qlobal marketinq prinsipləri ilə birləşdirir. Layihə çərçivəsində artıq 25-dən çox ölkənin, o cümlədən Avropa ölkələri, Braziliya, Hindistan, Pakistan, Türkiyə və s. bazarları haqqında nəşr edilən kitablar oxucuların böyük marağına səbəb olub. Azərbaycan nəşri ölkəmizin biznes mühitini beynəlxalq səviyyədə tanıtmağa, o cümlədən yerli marketinq mütəxəssislərinə qlobal təcrübədən yararlanmaq imkanı verəcək.
"Bakcell" bu layihəyə dəstək verməklə Azərbaycanın və regionun innovativ marketinq yanaşmalarının inkişafına töhfə verməyi hədəfləyir.
Filip Kotler haqqında
Müasir marketinqin atası və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını formalaşdırıb.
Ən məşhur əsərlərindən biri olan "Marketing Management" kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji,  yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. / azxeber.com

İqtisadiyyat       Tarix: 13 mart 2025
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler azerbaycan cəbhədən xəbərlər cəbhədən son məlumat cəbhədən yeni xəbərlər