"Bakcell" "Spark@LANDAU" proqramının innovasiya tərəfdaşıdır - Fotolar
İnnovasiya lideri "Bakcell" gənclərin innovasiya və texnologiya sahəsində inkişafını dəstəkləmək məqsədilə LANDAU məktəbinin "Spark@LANDAU" proqramına innovasiya tərəfdaşı kimi qoşulub.
"Spark@LANDAU" məktəbin 8-11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş startap və innovasiya proqramıdır. Proqram şagirdlərin ideyalarını real biznes mühitində formalaşdıraraq təşəbbüskarlıq bacarıqlarını praktik şəkildə inkişaf etdirir.
Proqramın əsas istiqamətlərindən biri olan "Təhsildə süni intellekt" təşəbbüsü çərçivəsində iştirakçılar təhsil sahəsinə yönəlmiş süni intellekt əsaslı layihələr hazırlayıblar. Final tədbirində ümumilikdə 19 komanda öz startap layihələrini təqdim edib. Təqdimatların nəticələrinə əsasən, münsiflər heyəti tərəfindən ən uğurlu 3 komanda qalib seçilib.
Tədbirdə çıxış edən "Bakcell"in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova "Spark @ LANDAU" proqramının gənclərin innovasiya ekosisteminə erkən inteqrasiyasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, proqram şagirdlərə ideyalarını məhsula çevirmək və təqdim etmək bacarıqları qazandırır. Süleymanova, həmçinin, "Bakcell"in süni intellekt və innovasiya təşəbbüsləri ilə bu istiqamətdə dəstəyi davam etdirdiyini vurğulayıb.
"Bakcell" süni intellekt və rəqəmsal həllər sahəsində həyata keçirdiyi təşəbbüslərlə ölkədə innovasiya ekosisteminin formalaşmasında aktiv rol oynayır. Şirkət gənclərin texnologiya və startap mühitinə erkən inteqrasiyasını dəstəkləməklə, real təsir yaradan ideyaların inkişafına və gələcək nəsil innovatorların yetişməsinə töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




/ azxeber.com

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək