Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bakcell qlobal MMA təşkilatı UFC-nin Bakıda keçiriləcək turnirinin əsas tərəfdaşı qismində unudulmaz döyüş həyəcanını Azərbaycan azarkeşlərinə təqdim edəcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbirdə UFC-nin tanınmış döyüşçüləri, o cümlədən Azərbaycanı təmsil edən idmançılar oktaqona çıxacaqlar.
27 iyun tarixində Bakıda keçiriləcək UFC turnirinin maraqla gözlənilən qarşılaşmalarından birində Azərbaycanı təmsil edən Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq. Gecənin ikinci əsas döyüşündə isə "Shara Bullet" ləqəbli Şara Maqomedov Mişel Pereyra ilə döyüşəcək.
Bakcell-in dəstəyi ilə keçirilən tədbir yerli və xarici azarkeşlərə yüksəksəviyyəli idman həyəcanı yaşadacaq. "Bakcell səni qələbəyə çağırır" mesajını ön plana çıxaran şirkət bu tərəfdaşlıqla döyüş ruhunu, qətiyyəti və qalibiyyət əzmini təşviq edir.
Qeyd edək ki, Bakcell artıq ikinci ildir ki, qlobal MMA təşkilatı UFC-nin Azərbaycanda keçirilən turnirinə dəstək verir. Qlobal miqyasda milyonlarla azarkeşi bir araya gətirən UFC dünyanın ən populyar idman təşkilatlarından biri hesab olunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir. / azxeber.com

Hava ilə bağlı sarı XƏBƏRDARLIQ
Özəl bağçalarla maliyyələşmə müsabiqəsi müzakirə olundu
Əsgərlikdən yayınmaq üçün saxta xaricdə təhsil sənədi verdilər, həbs edildilər
Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi
Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu
Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək
Səfir təyin edilən Nemət Nağdəliyev kimdir? - DOSYE
Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHI
Azərbaycanın neçə ölkədə səfirliyi var? - XİN-dən açıqlama
Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb
Kristal beynəlxalq brend Hansgrohe ilə əməkdaşlıq memorandumu imzalayıb
KOBİA və Marsol Group sahibkarları bir araya gətirdi – Yeni əməkdaşlıqlar müzakirə olundu
Qızıl rekord həddə yaxınlaşır: Bahalaşma davam edəcək – Ekspertdən proqnoz
Avropa ölkələri Türkiyədən təbii qaz almaq istəyir - ANCAQ ŞƏRTLƏRİ VAR