Bakı aeroportuna necə rahat çatmaq olar?
"Bakıda keçirilən COP29 tədbiri ilə əlaqədar paytaxtın əsas küçələrində və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportuna vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur".
azxeber.com xəbər verir ki, bu barədə hava limanının açıqlamasında bildirilir.
Məlumata görə, şəhər mərkəzindən hava limanına gələn sürücülər Zığ şosesi ilə hərəkət edə, Bilgəh və Maştağa istiqamətindən gələnlər isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxa bilərlər.
COP29 müddətində sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatması məqsədilə H1 və H2 ekspress avtobusları fasiləsiz fəaliyyət göstərəcək. H1 avtobusu "28 May" m/s-dan 10 dəqiqəlik hərəkət intervalı ilə, H2 isə "Əhmədli" m/s-dan hər 15 dəqiqədən bir yola düşür. Qeyd edək ki, 14 noyabra qədər bu ictimai nəqliyyat vasitələrində gediş haqqı ödənişsizdir.
Sərnişinlərə mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur.
Bakı hava limanının qarşısındakı dayanacaq zonası noyabrın 14-nə qədər xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrıldığından burada şəxsi avtomobillərin park edilməsinə icazə verilmir. Yalnız sərnişinlərin mindirilməsi və düşürdülməsi mümkündür. Həmçinin, Terminal 1 və Terminal 2-yə yalnız aviabileti olan sərnişinlər daxil ola bilərlər. Yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur.


Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək