Bakı bağladı: İrəvan da bu "evi" qapadacaq?

Bakı bağladı: İrəvan da bu Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Qərb təşkilatlarının fəaliyyətinə geniş imkanlar yaratsa da, Rusiyanın mərkəz və media resurslarının İrəvandakı fəaliyyətlərini hələ ki, əngəlləmir. Əksinə, İrəvandakı Rus Evi son vaxtlar fəaliyyətini genişləndirib, Ermənistandakı məktəb və universitetlərinə rus dilində dərsliklər paylayır, şagirdlərin Rusiyanın Gümrüdəki hərbi bazasına tanışlıq səfərlərini təşkil edir. İrəvandakı Rus Evi Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri də qurub. Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, bunlar İrəvandakı Rus Evinin fəaliyyətinin görünən tərəfidir:
"Bakıda fəaliyyəti dayandırılan Rus Evi kimi, İrəvandakı Rus Evi də Ukrayna əleyhinə sərgilər keçirib, Donbas separatçılarının "qəhrəmanlıqları" barədə mətnlər yayıb. Ümumiyyətlə Rus evləri Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar göndərilir. İrəvandakı Rus Evinin daha bir fəaliyyət istiqaməti var. Bu mərkəz İrəvandakı Qərb mərkəzləri ilə açıq və gizli mübarizə aparır. İrəvandakı Rus Evinin rəhbəri Vadim Fefilov bunu heç gizlətmir də. O, müsahibələrinin birində "kollektiv Qərbin" İrəvanda xeyli mərkəzinin fəaliyyətindən bu şəkildə şikayət edib: "Qərb ölkələrinin səfirlikləri İrəvandakı mərkəzləri idarə edirlər (guya İrəvandakı Rus Evi Rusiya səfirliyindən təlimat almır – E.Ş.). Qərb mərkəzlərinin fəaliyyəti erməni identikliyinə qarşıdır". Bu sözlər açıq-aşkar Ermənistan hökumətinə qarşıdır. Çünki Qərb mərkəzlərinin fəaliyyətinə Ermənistan hökuməti şərait yaradıb. "Sputnik Ermənistan" agentliyinin də fəaliyyəti bu istiqamətdədir. "Sputnik Ermənistan" agentliyi həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti əleyhinə fəaliyyət göstərir, Paşinyana müxalif olan radikal qüvvələrə və Qarabağ separatçılarına informasiya dəstəyi verir.
Nikol Paşinyan Bakıda Rus Evinin bağlanması və "Sputnik Azərbaycan" agentliyinin fəaliyyətinin məhdudlaşdırılması qarşılığında iki yoldan birini seçə bilər. Birinci yol Azərbaycan kimi, Ermənistanda da Rus Evi və "Sputnik Ermənistan"ın fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Bunun üçün Paşinyanın tam əsası var, hər iki qurum Ermənistan hakimiyyətinin əleyhinə çalışır. Paşinyan bu yolu seçməklə Rusiyanın Cənubi Qafqazda nüfuz imkanlarını bir az da məhdudlaşdırmış olacaq. İkinci yol, əksinə, Rusiyanın adı çəkilən iki mərkəzinin fəaliyyətini davam etdirmələrinə şəraitin yaradılmasıdır. Bu halda İrəvan Bakı ilə müqayisədə Rusiyaya yaxın görünmək istəyəcək. Ancaq bu yolun Paşinyan və onun komandası üçün faydası yoxdur. Çünki Kreml Rus evləri və "sputnik"ləri vasitəsilə Rusiyanın imperiya maraqlarını gücləndirməyə çalışır. Paşinyan isə Rusiyanın zəncirlərindən qopmayınca, ölkəsinin müstəqilliyini təmin edə bilməyəcək".

Siyasi       Tarix: 14 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler son xəbərlər azərbaycanda xəbər.az en son xeberleri