Bakı-Gəncə sürət qatarından istifadə edənlərə şad xəbər - Bu tarixdən etibarən
Bakıdan Gəncəyə qatarla getmək istəyən, elektron bilet alan sərnişinlərin kassaya yaxınlaşmasına ehtiyac olmayacaq.
azxeber.com Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn bilet alan vətəndaşlar bundan sonra qatara yaxınlaşıb elektron biletlərini bələdçilərə təqdim edəcəklər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin mətbuat katibi Natəvan Bayramovanın sözlərinə görə, qurumun rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına 10 avqust 2022-ci il tarixindən etibarən onlayn rejimdə alınmış biletlər artıq avtomatik olaraq elektron qeydiyyatdan keçirilir.
Natəvan Bayramova bildirib ki, yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənəd, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.
Qurum rəsmisi onu da qeyd edib ki, sərnişinlərə verilən onlayn xidmətlərin daha da təkmilləşdirilməsi məqsədi ilə yaxın zamanda yeni mobil tətbiq vasitəsilə də elektron bilet almaq mümkün olacaq.
Qeyd edək ki, sərnişinlər avqust ayının 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var