Bakı küçələrində reklam qiymətləri: Ən bahalı yerlər haralardır?

Bakı küçələrində reklam qiymətləri: Ən bahalı yerlər haralardır?Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən küçə reklamları şəhər mühitinin ən diqqətçəkən vizual elementlərindən biridir.
Paytaxtın küçə və prospektlərində, ictimai nəqliyyatda, avtobus dayanacaqlarında, eləcə də digər ictimai məkanlarda yerləşdirilən reklamlar həm şirkətlərin məhsul və xidmətlərinin tanıdılmasına xidmət edir, həm də şəhərin vizual görünüşünün formalaşmasında mühüm rol oynayır.
Lakin Bakıda bütün reklam yerlərinin qiyməti eyni deyil. Bu baxımdan, şəhərin hansı ərazilərində reklam yerləşdirməyin daha baha və ya daha ucuz olması, eləcə də reklam bazarında hansı formatlara daha çox üstünlük verilməsi maraq doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı azxeber.com-a danışan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri bildirib ki, reklam yerlərinin qiyməti bir sıra meyarlar əsasında müəyyən edilir:
Bakı küçələrində reklam qiymətləri: Ən bahalı yerlər haralardır?"Açıq məkanda reklam yayımına görə ödənilən haqq yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın hər 1 kvadratmetri üçün müəyyən edilir. Eyni zamanda, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi də yayımın müddəti, reklam daşıyıcısının növü və reklam yayımı zonası nəzərə alınmaqla, reklamın hər 1 kvadratmetri üzrə hesablanır".
Mətbuat katibi reklam yerlərinin bazar qiymətlərinin müəyyənləşdirilməsi məsələsinə də aydınlıq gətirib:
"Qeyd edilməlidir ki, qanunvericiliklə müəyyən olunan dövlət rüsumu və reklam yayımına görə ödənilən haqqdan fərqli olaraq, reklam daşıyıcılarının kommersiya qiymətləri bazar prinsipləri əsasında həmin reklam daşıyıcılarının mülkiyyətçiləri tərəfindən müəyyən edilir. Bu səbəbdən reklam yerlərinin bazar qiymətləri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən müəyyən edilmir və tənzimlənmir. Bununla belə, reklam bazarında formalaşmış ümumi tendensiyalar nəzərə alındıqda, ən yüksək kommersiya dəyərinə malik reklam yerləri adətən paytaxtın mərkəzi hissələrində, nəqliyyat və piyada axınının intensiv olduğu prospekt və küçələrdə, iri ticarət və biznes obyektlərinin yaxınlığında yerləşən reklam daşıyıcıları hesab olunur. Nisbətən aşağı kommersiya qiymətləri isə şəhərin kənar hissələrində, nəqliyyat və piyada hərəkətinin daha az olduğu ərazilərdə yerləşən reklam daşıyıcılarına tətbiq edilir".
Hüseyn Azəri reklam bazarında daha çox üstünlük verilən reklam formatlarından da danışıb:
"Reklam daşıyıcısının seçimi reklamvericinin məqsədindən, hədəf auditoriyasından, reklam kampaniyasının xüsusiyyətlərindən və büdcəsindən asılıdır. Son illərdə məzmunun operativ yenilənməsi, eyni reklam daşıyıcısında bir neçə reklamın növbəli yayımlanması və reklam kampaniyalarının çevik idarə olunması imkanlarına görə rəqəmsal (LED) reklam daşıyıcılarına maraq artıb. Bununla yanaşı, billboard, meqabord, prizmatron və digər açıq məkan reklam daşıyıcılarından da geniş istifadə olunur. Hazırda açıq məkanda ən geniş yayılmış reklam daşıyıcıları isə fasad reklamlarıdır".
Fəridə Əsədzadə

İqtisadiyyat       Tarix: 14 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne