Bakı Qafqazda ilk dəfə keçiriləcək IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək
Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə evsahibliyi edəcək.
azxeber.com xəbər verir ki, 2025-ci ilin 13-15 may tarixlərində Bakıda "AzərbaycanHava Yolları"nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumukeçiriləcək.
Aviasiya EnerjiForumu (AEF) qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsredilən ən nüfuzlu platformalardan biridir. Tədbir Qafqazda ilk dəfə keçiriləcəkvə aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerjistrategiyalarının müəyyənləşdirilməsi məqsədini daşıyacaq. Bununla yanaşı, Azərbaycanınaviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqlarıngenişlənməsi baxımından önəmli bir addım olacaq. AZAL üçün bu tədbir ölkəmizinaviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaqbaxımından yüksək əhəmiyyət daşıyır.
Forumun əsas mövzusunuaviasiya sektorunun karbonsuzlaşdırılması, dayanıqlı yanacaq növlərinin tətbiqivə enerji transformasiyası prosesində aviaşirkətlərin rolu təşkil edəcək. Tədbirzamanı təyyarə yanacağının kommersiya və texniki aspektləri, yanacaq tədarükü zəncirininçətinlikləri, aviasiya sənayesinin vəziyyəti haqqında hesabatlar və digərmövzular ilə bağlı fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, AEFçərçivəsində Azərbaycanın yaşıl iqtisadiyyat strategiyası, tranzit və logistikaimkanları, eləcə də enerji diplomatiyası kimi prioritet istiqamətlər xüsusidiqqət mərkəzində olacaq.
Qeyd edək ki, tədbirdə60-a yaxın ölkənin və 65-dan çox aviaşirkətin nümayəndələri, ümumilikdə 700-əyaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.
Beləliklə, ForumdaIATA üzvü olan aviaşirkətlərin nümayəndələri, o cümlədən yanacaq alqı-satqısımenecerləri və dayanıqlı inkişaf üzrə ekspertlər, IATA-nın Strateji Tərəfdaşları,yeni və ənənəvi yanacaq təchizatçıları, yanacaq xidmətləri təminatçıları vəyanacaq sektorunun rəhbərləri də iştirak edəcək. Qlobal aviasiya yanacaq cəmiyyətininaparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nınyanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.
AEF çərçivəsindəiştirakçılar aviasiya və enerji sahəsində panel müzakirələrində, kommersiya vətexniki sessiyalarda iştirak edəcək, sərgi iştirakçıları və sponsorlarla görüşəcək,bilik və təcrübə mübadiləsi apararaq yeni əməkdaşlıq imkanları əldə edəcəklər.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var