Bakı sakini lotereyada 35.655 manat Cek Pot qazandı
"Azərlotereya" ASC-nin təşkil etdiyi "5/36" tirajlı lotereyasında Bakı şəhər sakini Paşa Sadıqov35.655 manatlıq "Cek Pot" qazandı.
Azxeber.com xəbər verir ki, 3 sentyabr 2021-ci tarixində "Azərlotereya" ASC tərəfindən təşkil olunan "5/36" lotereyasının növbəti tirajı keçirlib. "5/36" tirajlı lotereyasının 3317-ci tirajı iştirakçılardan biri üçün çox şanslı olub. Toplanan "Cek Pot" məhz bu dəfə öz sahibini tapıb. 35.655 manat təşkil edən "Cek Pot" pul mükafatı 053873 nömrəli biletin sahibi Sadıqov Paşa Sadıq oğlu tərəfindən qazanılıb.
Sevincini bölüşən Paşa Sadıqov uzun illərdir lotereya oynadığını, ancaq ilk böyük uduşunun bu dəfə olduğunu deyib.
"Hər dəfə iki və ya üç manatlıq lotereya alıram. Əvvəllər kiçik uduşlara sahib olmuşam. Bu dəfə isə bəxtim daha çox gətirdi, 35.655 manat qazandım. Pulu evimizin təmirinə və digər ehtiyaclara xərcləyəcəyəm. Qalan məbləği isə gələcək üçün saxlamaq fikrim var." - Sadıqov söyləyib.
Xatırladaq ki, "5/36" tirajlı lotereyasında "Cek Pot" axırıncı dəfə 06 avqust 2021-ci ildə keçirilən 3297-ci tirajda udulmuşdu. O zaman udulan pul mükafatı 36.512 manat təşkil etmişdi. "5/36" tirajlı lotereyasının biletlərini lotereya satış məntəqələrindən və www.azerlotereya.com internet səhifəsindən əldə etmək olar. "Azərlotereya" ASC tərəfindən təşkil olunan lotereyalar həftəiçi hər gün "Space" televiziyası ilə 21.00-da yayımlanır. 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var