Bakı şəhəri güləş üzrə Avropa çempionatına namizədliyini verdi

Bakı şəhəri güləş üzrə Avropa çempionatına namizədliyini verdiBakı şəhəri 2023-cü il güləş üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
KONKRET.az-ın məlumatına görə, gələn il 17 – 23 aprel təşkil olunacaq yarış üçün digər namizəd Xorvatiyanın paytaxtı Zaqrebdir.
Daha öncə 2010-cu ildə analoji yarış Azərbaycan paytaxtında keçirilib. Nüfuzlu yarışın təşkili paytaxtımıza həvalə olunsa, Avropanın ən güclü güləşçiləri 13 ildən sonra yenə Heydər Əliyev adına İdman Sarayında müəyyənləşəcək.
Bu il isə 5-6 noyabrda Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.
Hər iki yarışla əlaqədar Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Karl-Martin Ditman Bakıya gəlib. UWW Avropanın prezidenti vəzifəsində də çalışan Ditman və ali qurumda fəaliyyət göstərən azərbaycanlı, UWW-nin yarış meneceri Ramil Əhmədov bu gün Bakıda güləş yarışlarının keçirilməsi üçün mövcud olan infrastrukturla tanış olub. UWW rəsmiləri hər iki idman arenasına və bir neçə otelə baxış keçirib.
Bakı İdman Sarayında müxtəlif otaqlar nəzərdən keçirilib və komandaların məşqi üçün uyğun məkan seçilib. Heydər Əliyev adına İdman Sarayında isə güləş yarışları zalı ilə yanaşı, məşq zalı, püşkatma zalı, çəki mərasimi məkanı, hakimlər otağı, tibb otağı və s. yerlərə baxış keçirilib. UWW rəsmisi komandaların və digər qonaqların qalacaqları otellərdəki şəraitlə də yaxından tanış olub və bütün bunlarla bağlı qeydlərini aparıb.

İdman       Tarix: 13 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az