Bakı və Buxarest Azərbaycan – Ermənistan sülh prosesinin perspektivlərini müzakirə ediblər
Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə görüşüb.
Bu barədə azxeber.com-a XİN-dən bildirilib.
Görüşdə Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə regional və beynəlxalq gündəlikdə duran mövzular müzakirə olunub.
Nazir Ceyhun Bayramov Emil Hurezeanunun Rumıniyanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına hazırlıq ifadə olunub.
Azərbaycan və Rumıniya arasında iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Xüsusilə, yaşıl enerji sahəsindəki tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərdə, xüsusilə "Orta Dəhliz" üzrə əməkdaşlığın inkişafının əməkdaşlığımıza əlavə töhfə verə biləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin bölgəmizdə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri müzakirə edilib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu