Bakıda arvadına və qızına şiddət göstərən şəxsə cinayət işi açıldı - RƏSMİ

Bakıda arvadına və qızına şiddət göstərən şəxsə cinayət işi açıldı - RƏSMİDaxili İşlər Nazirliyi (DİN) kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə daha bir açıqlama verib.
azxeber.com oxu.az-a istinadən bildirir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülər araşdırılıb:
"Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".
-------
"Kişi arvadına və qızlarına şiddət göstərir".
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüntülər bir müddət əvvəl çəkilib:
"Şiddət görən ana digər övladlarını qorumaq üçün bu görüntüləri çəkib. Qadın və üç qızı atasının evinə getsələr də, onların həyatları təhlükə altındadır. Qadının bir istəyi var ki, boşansın və qanun çərçivəsində aliment təyin edilsin".
K.Ağazadə əlavə edib ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürməlidirlər:
"Qadınların, uşaqların müdafiəsində koordinasiya olmasa, daha ağır hadisələrlə qarşılaşacağıq. Artıq Daxili İşlər Nazirliyi təhqiqata başlayıb. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti qadına mühafizə orderinin verilməsində dəstək olmalıdır. Vəkillər Kollegiyasından xahiş edirəm ki, ödənişsiz vəkillə təmin edilməsində kömək olsunlar.
Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailəni nəzarətə götürməlidir. Əmək və Əhalinin Sosial Nazirliyinin Sosial Xidmətlər Agentliyi xidmət paketlərini ailəyə təqdim etməlidir. Bu ailədə 15 yaşında qız var. Bu il 9-cu sinfi bitirəcək. Təhsilini davam etdirmək istəsə də, atası ərə vermək niyyətindədir".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, görüntülərdən məlumatlıdırlar:
"Məsələ nəzarətə götürülüb. Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək".
Ailəsinə şiddət göstərən kişi saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Sosial       Tarix: 20 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Birinci xanımlar bir arada - Fotolar

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya

Yalçın Babayev işdən azad edildi

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, xəstəxananın inzibati işlər üzrə direktor müavini Yalçın Babayev tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, bi

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 202


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son məlumatlar krminal bu gun son xəbərlər azərbaycanda xabar az