Bakıda bir neçə məşhur restoran cərimələndi
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Azxeber.com AQTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 12-də ölkə üzrə 399 ictimai iaşə obyektində 687 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Quliyev Vəli Əlif oğluna məxsus "Zümrüd" kafesi;
2. Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küç., ev 700m ünvanında yerləşən, fiziki şəxs Osmanov İntiqam Nəcəf oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Kiliç Mehriban Cahan qızına məxsus restoran;
4. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Köçəriyeva Mehriban Rüstəm qızına məxsus "Sultan" pub;
5. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən, hüquqi şəxs "Green Uzman Service" MMC-yə məxsus restoran;
6. Bakı şəhəri, Xətai rayonu, Cəlilov küçəsi 26 ünvanında yerləşən, hüquqi şəxs "East Taun" MMC-yə məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
Millətlər Liqası: Bu gün daha 10 oyun var