Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi
Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub.
KONKRET.az xəbər verir ki, ilk olaraq gimnastlar iştirakçı ölkələrin bayraqları ilə paraddan keçiblər.
Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Azərbaycanda 8-ci dəfə belə mötəbər yarışın təşkil olunduğunu xatırladıb:
"Ötən illər ərzində idman gimnastikasında bir sıra uğurlar əldə etmişik. Təmsilçilərimiz Yay Olimpiya Oyunlarında uğurla çıxış ediblər. Eyni zamanda, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında da parlaq nəticələr olub. Budəfəki Dünya Kubokunda rekord sayda komanda iştirak edəcək. Bütün idmançılara uğurlar arzulayıram".
Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan edilib.
Milli Gimnastika Arenasında keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, 48 ölkədən 173 gimnast müxtəlif proqramda çıxış edəcək. Azərbaycanı yarışda Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov təmsil edirlər.
Qeyd edək ki, bu gün kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, halqalarda, qadınlarda isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollarda təsnifat yarışları baş tutacaq.//Report
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi