Bakıda əhalini sevindirəcək xəbər - Yeni avtobuslar

Bakıda əhalini sevindirəcək xəbər - Yeni avtobuslarBakıda sərnişinlərin daha çox müraciət etdiyi ictimai nəqliyyat məhz avtobuslardır. Lakin hazırda avtobusların ümumi vəziyyəti heç də ürəkaçan deyil. Bu vəziyyət həm şəhərdaxili, həm də ətraf qəsəbələrdə özünü göstərir.
azxeber.com xəbər verir ki, xüsusən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara cavab vermirlər.
Bunun nəticəsidir ki, avtobusların iştirakı ilə qəzalar, yanma halları və digər hadisələr baş verir. Avtobuslarla bağlı vəziyyətin ürəkaçan olmaması əhalini taksilərdən istifadəyə sövq edir. 
Mövcud vəziyyətdə avtobuslarla bağlı problemin nə vaxt həll ediləcəyi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq:
"Hazırda dayanıqlı ictimai nəqliyyat xidmətlərinin təmin edilməsi üçün dövlət dəstəyi mexanizminin yaradılması üzərində işlər gedir. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi, təhlükəsiz və effektiv idarəetmə tədbirləri, sərnişinlərin rahatlığının təmin edilməsi əsas məqsəddir. Bu səbəbdən yeni dayanıqlı maliyyə modeli hazırlanıb və yaxın vaxtlarda tətbiqinə başlanılacaq.
Layihənin icraası nəticəsində Bakıətrafı qəsəbələrdə yaşayan insanların ictimai nəqliyyata əlçatanlığı rahatlaşacaq və yeni avtobuslar istismara veriləcək. Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun yenidən dövriyyəyə qaytarılması və bu marşrutun optimallaşdırılması sayəsində əlçatanlığın 90 faizdən çox artırılması gözlənilir". 

Sosial       Tarix: 14 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 3

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Bu şəxslər 10 dəfə az ödəniş edəcək – Tək bir şərt var

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq. yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsin

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou sosial yardim xəbərlər.com sonxəbər