Bakıda ev axtaranlara pis xəbər — Artıq o imkan yoxdur

Bakıda ev axtaranlara pis xəbər — Artıq o imkan yoxdurAzərbaycanda kirayə mənzil bazarı son illərdə ciddi dəyişikliklərə məruz qalıb. Tələbatın artması və təklifin azalması qiymətlərə birbaşa təsir göstərir. Xüsusilə Bakı şəhərində kirayə mənzil tapmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib. Bu vəziyyətin formalaşmasında həm şəhərdaxili layihələr, həm də miqrasiya axını mühüm rol oynayır.
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, tələb və təklif prinsipi burada əsas rol oynayır:
"Tələb çox olduqda qiymətlər artır, tələb azaldıqda isə qiymətlər əksinə enir. Bu gün Azərbaycanda kirayə mənzillərə tələbat yüksəkdir. Təklif isə aşağı səviyyədədir və bunun bir neçə səbəbi var. Səbəblərdən biri şəhərin müxtəlif ərazilərində pilot layihələr çərçivəsində aparılan söküntülərdir.
Söküntülər zamanı həmin kvartallarda yaşayan insanlar bina tikilənə qədər kirayə mənzillərlə təmin olunur. Bu səbəbdən həmin sakinlər iki il, iki il yarım müddətində kirayə bazarına geri qayıtmır və uzun müddət həmin mənzillərdə yaşayır. Bu prosesdə iki əsas məqam diqqətə alınır. Birincisi sökülən kvartallardan insanların kirayə bazarından çıxmasıdır, ikincisi isə həmin kirayə mənzillərin uzun müddət bazara geri dönməməsidir. Bundan əlavə sökülən ərazilərdə də müəyyən sayda kirayə mənzillər mövcuddur.
Həmin mənzillərin hamısında sakinlər yaşamır və bu ərazilərdə kirayə bazarı da formalaşır. Hər kvartalda orta hesabla 70-dən çox ailə yaşayır".
Ekspert deyib ki, bir kvartal söküldükdə ən azı 70 ev bazardan çıxır və bəzi hallarda bu rəqəm 150-yə qədər yüksəlir:
"Bu mənzillər uzun müddət kirayə bazarına geri qayıtmır. Bu səbəblərə görə kirayə mənzil bazarında təklif azalır və bəzi əmlak sahibləri vəziyyətdən istifadə edərək qiymətləri artırır. Vətəndaşlar isə mənzil azlığı səbəbindən bu qiymətlərlə razılaşmağa məcbur qalır. Əvvəllər kirayə axtaranlar 8-10 mənzil arasında seçim edə bilirdilər, lakin indi bu imkan yoxdur. Müştərilər yalnız bir-iki mənzilə baxaraq qərar vermək məcburiyyətində qalır.
Gecikmə halında mənzilin başqası tərəfindən tutulacağı məlumdur və buna görə insanlar tələsik qərar verməyə məcbur qalır. Bu səbəbdən qiymətlər çox aşağı endirilmir və insanlar mövcud qiymətlərlə ev kirayələməyə məcbur olur. Kirayə mənzillər bazara çox az çıxarılır. Digər səbəb isə kirayə götürülən mənzillərin uzun müddət bazara geri qayıtmamasıdır. Bu isə tələbi qarşılamır və bazarda qıtlıq yaradır".
O bildirib ki, qiymət artımının əsas səbəbi təklifin az olmasıdır:
"Əmlak sahibləri qiymətləri artırır, lakin yüksək tələbat səbəbindən insanlar bu qiymətlərlə ev kirayələməyə məcbur qalır. Kirayə evlərin azlığı qiymətlərin süni şəkildə də yüksəlməsinə səbəb olur. Buna baxmayaraq vətəndaşlar daha yüksək qiymətlərlə belə ev tutmağa məcbur qalır.
Hazırda kirayə bazarında mənzil qıtlığı mövcuddur və 2019-cu ildən etibarən bu qıtlıq daha da güclənib. Hər il qiymətlər mərhələli şəkildə artır. Bu prosesi kənar müdaxilə ilə tam dayandırmaq mümkün deyil.
Qiymətlərin azalması yalnız təklif tələbdən çox olduqda baş verir. Kirayə verənlərin sayı kirayə götürənlərin sayından çox olduqda qiymətlərin enməsi mümkün olur. Rayonlardan və digər şəhərlərdən Bakıya işləmək və oxumaq üçün gələnlərin çoxluğu kirayə bazarına ciddi təsir göstərir. Bu amil tələbi artırır və qiymətlərin yüksəlməsinə səbəb olur. Bir neçə il əvvəl gündəlik bazara 50-60 kirayə mənzil çıxarılırdı, lakin indi bu rəqəm xeyli azalıb. Mənzillərin uzunmüddətli kirayədə olması və pilot layihələr çərçivəsində söküntülərin aparılması səbəbindən bu mənzillər uzun müddət bazara geri dönmür. Nəticədə gündəlik kirayə bazarına çıxan mənzillərin sayı azalıb", - deyə ekspert qeyd edib.
Ekspert qeyd edib ki, əvvəllər kirayə axtaranlar 10-a yaxın variant arasından seçim edə bilirdisə, indi cəmi bir-iki evə baxıb dərhal qərar vermək məcburiyyətindədirlər. Gecikmə halında mənzilin başqası tərəfindən tutulacağı qorxusu insanları yüksək qiymətlərlə razılaşmağa vadar edir. 2019-cu ildən bəri güclənən mənzil qıtlığı hər il qiymətlərin mərhələli şəkildə artmasına yol açır.
Bakıya iş və təhsil üçün gələnlərin sayının artması da bu gərginliyi daha da artırır.
Yəni, Bakıda kirayə evlərin bahalaşmasının əsas səbəbi köhnə binaların sökülməsi və oradan çıxan insanların kirayə mənzilləri uzunmüddətli tutmasıdır. Ev az olduğu üçün mülkiyyətçilər qiyməti artırır, alıcıların isə başqa yolu qalmadığı üçün baha da olsa həmin evləri tuturlar. / azxeber.com

Sosial       Tarix: 07 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava