Bakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTO

Bakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOSiyəzəndə oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Open.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən daş karxanalarının birindən və fəaliyyəti müvəqqəti olaraq dayandırılmış bir neçə restorandan müxtəlif vaxtlarda bir ədəd qaynaq aparatının, 4 ədəd elektrik mühərrikinin, müxtəlif ölçüdə elektrik naqillərinin, təmir-tikinti alətlərinin, obyektlərə məxsus plastik və dəmir qapıların, nəfəsliklərin və digər əşyaların oğurlanması barədə müraciət daxil olub.
Daxil olmuş müraciətlərlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən üç Bakı şəhər sakini – Emin Şöyübov, Təvəkkül Nuriyev və İlkin İbrahimov saxlanılıblar.
Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf edərək, obyektlərə qanunsuz daxil olduqlarını, oğurluq yolu ilə əldə etdikləri qənimətləri isə icarəyə götürdükləri nəqliyyat vasitələrinə yükləyərək Bakı şəhərinə apardıqlarını və xeyli hissəsini şəhər ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Əşyaların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Faktlarla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.
Bakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOBakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOBakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOBakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOBakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOBakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOBakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOBakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTOBakıda icarəyə götürdükləri avtomobillərlə Siyəzəndə oğurluq etdilər - FOTO

Hadisə       Tarix: 29 mart 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran ordusunun zabiti öldürüldü

Sistan və Bəlucistan əyalətində silahlı şəxslərin hücumu nəticəsində quru qoşunların 377-ci səyyar hücum briqadasının zabiti Cavad Heşməti həlak olub, başqa bir hərbçi isə yaralanıb. KONKRET.azxəbər verir ki, bu haqda yerl

Tiflisdə telekanal binasında baş verən yanğın söndürüldü

Tiflisdə "Formula" televiziya kanalının yerləşdiyi "Delisi" biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb. APA-ya istinadla xəbər verir ki, Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafınd

Göygöldə ağır qəza: Türkiyə vətəndaşı xəsarət aldı

Göygöldə avtomobillər toqquşub. KONKRET. -a istinadla xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü M.Qarayev və Türkiyə vətəndaşı 1991-ci il təvəllüdlü M.Solqun müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onla

Türkiyədə mikroavtobus faciəsi - 9 ölü

Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb. xəbər verir ki, hadisə noyabrın 7-də Özalp-Saray avtomobil yolunda, Çalımlı məhəlləsi yaxınlığında ba

Əlövsət Polad vəfat etdi

Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə. Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndind

Bakıda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətində

Xırdalanda 12 yaşlı qız itkin düşüb

Xırdalanda 12 yaşlı qız uşağı itkin düşüb. xəbər verir ki, DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, şəxs axtarışa elan olunub. İtkin düşmə kimi axtarışa elan edilmiş şəxsi

Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı

Noyabrın 2-də gecə saatlarında paytaxtın Biləcəri qəsəbəsində "Honda" markalı avtomobildə naməlum sərnişin sürücünü bıçaqla hədələyərək pul tələb edib. -ın məlumatına görə, bununla bağlı sürücü dərhal 102-yə məluma

Mingəçevirdə yük maşını bataqlıqda batdı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barəd


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər bugun xeberler son.xeber sou biznes