Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll

Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həllBakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Deputat Vüqar Bayramov bildirib ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulub.
Proqrama əsasən, dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən qrafik əsasında təşkili planlaşdırılır. Deputat qeyd edib ki, məqsəd şəhərdə nəqliyyat yükünü azaltmaq və hərəkətin daha səmərəli təşkilinə nail olmaqdır.
Nəqliyyat eksperti Elməddin Muradlı azxeber.com-a açıqlamasında deyib ki, bu, tıxacın qarşısını almaq üçün nəzərdə tutulan müəyyən addımlardan biridir:
"Bu, tıxacın qarşısını almaq üçün nəzərdə tutulan müəyyən addımlardan biridir. Bu məsələ artıq iki ildir ki, dövlət proqramında öz əksini tapıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, dövlət qurumları bu sistem üzərində işləməlidir. İş qrafiklərinin dəyişdirilməsi hansı fəsadlar yarada bilər, hansı üstünlüklər verə bilər – bunların hamısı araşdırılmalıdır. Zərərinin, yoxsa xeyrinin daha çox olacağı müəyyənləşdirilməlidir".
O bildirib ki, bu məsələnin hansı formada həyata keçiriləcəyi araşdırılmalıdır:
"Dövlət proqramında birbaşa olaraq "bunların hamısı həll olunsun" deyilmir. Qeyd olunur ki, bu məsələlər tənzimlənməlidir. Bunun hansı formada həyata keçiriləcəyi araşdırılmalı, təhlil edilməlidir.
Oturub kabinetdə qərar qəbul etmək olmaz və ya parlamentdə sadəcə düymə basmaqla bu məsələni həll etmək mümkün deyil. Real vəziyyəti nəzərə almaq lazımdır".
Ekspert bildirib ki, bəzi bölgələrdə iş qrafikinin dəyişdirilməsinə ehtiyac yoxdur:
"Burada həm təhsil, tibb, müxtəlif iş yerləri, özəl və qeyri-dövlət təşkilatları, dövlət qurumları, iri müəssisələr və müxtəlif regionlar nəzərə alınmalıdır. Elə bölgələr var ki, iş saatlarının başlanması və bitməsinin dəyişdirilməsi heç bir ciddi fərq yaratmayacaq. Amma elə ərazilər də var ki, burada bu dəyişikliklərə ehtiyac ola bilər".
Şahanə Ziyad

Sosial       Tarix: 11 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026