Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Akif Məcidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Bakının Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib.
İttihama görə, Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini Zaur Nemətova bıçaqla xəsarət yetirib. Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb.
Akif Məcidov barəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü