Bakıda keçmiş ər-arvadın mülk davası: 'Gülümsəyib yerə yıxıldı

Bakıda keçmiş ər-arvadın mülk davası: 'Gülümsəyib yerə yıxıldıBakının Xətai rayonunda 1981-ci il təvəllüdlü Qafar şəxsi münasibətlər zəminində keçmiş arvadı Günaya (adlar şərti verilib - red.) xəsarət yetirib.
azxeber.com teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il dekabrın 2-də baş verib. Qafar yaşadığı mənzildə nikahları pozulmuş keçmiş arvadı Günayla mənzillə bağlı mübahisə edib.
Mübahisə zamanı Qafar Günayı döyüb. Hadisə ilə bağlı Günay hüquq-mühafizə orqanlarına şikayət edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qafar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2005-ci il oktyabrın əvvəllərində Günayla nikaha daxil olub: "Birgə nikahdan iki uşağımız oldu. İlk vaxtlar münasibətlərimiz normal idi. Sonradan aramızda narazılıqlar yarandı. Səbəb xasiyyətlərimizin uyğun gəlməməsi idi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü il aprelin əvvəllərində Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən Günayla nikahı pozulub: "Nikahımız pozulduqdan sonra başqa ünvanda yaşamağa başladım. 2019-cu ildə yenidən ailə qurdum və bir uşağım oldu. Yaşamaq üçün ev lazım olduğundan Günayın yaşadığı mənzili yarı-yarıya bölməyi təklif etdim. Lakin Günay buna razı olmadı və evin yarıdan çoxunun ona verilməsini tələb etdi. Halbuki həmin mənzili Günayla nikaha daxil olmamışdan əvvəl almışam.
Buna görə də Günaya uşaqları ilə mənə məxsus mənzildən çıxaraq başqa mənzilə köçməsi üçün 15 min manat verməyi təklif etdim. O bununla razılaşmadı. İddia etdi ki, təkcə mənzilin təmiri üçün 13 min manat xərcləyib. Bu barədə Xətai rayon Məhkəməsinə müraciət etdi. Hazırda onun müraciəti məhkəmə icraatındadır. Xətai rayon Məhkəməsində üç baxış iclası keçirilib. Günayın mənzilin təmiri üçün 13 min manat xərcləməsinin müəyyən edilməsi ilə əlaqədar ekspertiza təyin olunub".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2 dekabr 2021-ci ildə Xətai rayon Məhkəməsində ekspert ilə görüşüb və onunla birlikdə həmin mənzilə gedib: "Ora çatdıqda Günayı, oğlum Aydını və Günayın bacısı Səidənin binadan çıxdığını gördüm. Biz kənarda dayanaraq gözlədik. Ekspert isə binaya daxil oldu. Ekspertin arxasınca Səidə, Günay və Aydın binaya girdi. Onlar binaya daxil olduqdan sonra özüm də içəri keçdim.
Dördüncü mərtəbə ilə üçüncü mərtəbə arasında Günay dedi ki, kiçik oğlu Vahid məktəbdən gələcək və onu qarşılamağa gedir. Mən isə həmin vaxt binanın ikinci mərtəbəsində dayandım. Günay geri qayıdaraq qarşıma çatdıqda gülümsədi, səs-küy salaraq yerə yıxıldı. Yerə yıxıldıqdan sonra qışqıraraq ucadan səslər çıxardı. Ekspert arxaya çevrildi və Günaya nə olduğunu soruşdu.
Ekspertə Günayın niyə səs-küy saldığını bilmədiyimi dedim, nə baş verdiyini ondan soruşmağı məsləhət gördüm. Günay isə dedi ki, onu mən yerə yıxmışam. Ekspert nə üçün belə etdiyimi soruşdu. Mən də Günayı yıxmadığımı bildirdim. Bundan sonra ekspertlə birlikdə binanı tərk etdik".
Cinayət işi üzrə zərərçəkmiş Günayın sözlərinə görə, evliliklərinin ilk vaxtları Qafarla münasibətləri normal olsa da, 2013-cü ildən aralarında problemlər yaranıb: "Problemlərə səbəb onun evə içkili gəlməsi və mübahisə etməsi idi. 2013-cü ildə nikahın pozulması üçün məhkəməyə müraciət etdik. Nikahımız pozulsa da bir müddət eyni ünvanda yaşadıq. Sonradan Qafar başqa qadınla ailə qurdu və onun mənzilində yaşadı".
Zərərçəkmiş qeyd edib ki, dekabrın 2-də saat 17 radələrində böyük oğlu və bacısı ilə evdə olub: "Daha sonra isə kiçik oğlumu məktəbdən götürmək üçün evdən çıxdıq. Birinci mərtəbəyə düşdükdə orada keçmiş ərim Qafarı və tanımadığım bir kişini gördüm. Sonradan bildim ki, həmin şəxs ekspertdir və mənzilin təmirini qiymətləndirmək üçün gəlib. Birlıikdə evə qayıtdıq.
Evə ibacım, ekspert və oğlum keçdi. Mən isə kiçik oğlumu məktəbdən götürməyə getdiyimi dedim. Pilləkənlə düşmək istədikdə Qafarla qarşı-qarşıya gəldim. Bu anda Qafar heç bir səbəb olmadan təpiklə sağ çanaq nahiyəmdən güclü zərbə ilə vurdu. Zərbənin təsirindən mənzilin qapısının qarşısına yıxıldım. Oğlum yaxınlaşaraq məni yerdən qaldırdı. Səsə bacım və ekspert yanımıza gəldi. Ekspert Qafardan nə üçün məni vurduğunu soruşdu. Qafar isə heç nə demədən qaçıb oradan uzaqlaşdı. Oğlum təcili tibbi yardıma müraciət etdi, eyni zamanda Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi, hadisə barədə məlumat verdi.
Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşı və həkimlər gəldilər. Təcili tibbi yardım məni 3 saylı Sabunçu xəstəxanasına apardı. Xəstəxanada ilkin tibbi yardım göstərildi və həmin günü ev şəraitinə buraxıldım".
Xətai rayon Məhkəməsinin hökmü ilə Qafar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qafarın üzərinə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Sosial       Tarix: 19 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler yeni xeberler azerbaycan xeberleri en yeni xeberler valyuta oxu.az xeberler en son xeberleri