Bakıda məşhur stadionu kimlər satıb? - Hərəsinə 11 il 6 ay cəza istənildi

Bakıda məşhur stadionu kimlər satıb? - Hərəsinə 11 il 6 ay cəza istənildiBakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Bakıda stadionun qanunsuz olaraq satılması araşdırılır.
azxeber.com "musavat.com"a istinadən xəbər verir ki, hakim qarşısına "Məhsul" stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev çıxarılıblar.
Keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib, Nadir Əliyevlə Alik Həsənovun hər birinin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakların müsadirə olunmasını, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönəlməsini xahiş edib.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı etmək üçün vaxt istəyiblər.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə beh adı ilə ümumilikdə 900 min manat pul alıblar. Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara səkkiz milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adı ilə onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə beş nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.
Növbəti proses iyunun 3-də davam edəcək.

Sosial       Tarix: 29 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımı

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda cəbhədən xəbərlər qarabag cəbhədən son məlumat