Bakıda Müstəqillik gününə həsr olunmuş incəsənət festivalı keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə "Flora Hostel" Yaradıcılıq məkanında "Art Vibe" İncəsənət Festivalı təşkil olunub. Festival, 28 May - Müstəqillik gününə həsr olunub, əsas məqsədi isə incəsənətin müxtəlif formalarını bir araya gətirərək, yaradıcılığın sərhədsiz olduğunu göstərmək idi.
Tədbirin keçirildiyi məkanda, incəsənət sahəsinə aid olan, "Mandala boşqab boyama", "Virtaj-Şüşə üzərində rəsm", "Odun üzərində rəsm" və "Coffee art" vorkşopları keçirilib. Festivalda keçirilən vorkşoplar böyük maraqla qarşılanıb və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. "Mandala boşqab boyama" vorkşopunda iştirakçılar öz daxili sükunətlərini taparaq gözəl mandalalar yaradıblar. "Virtaj-Şüşə üzərində rəsm" vorkşopunda şüşə üzərində rəsm çəkərək işığın və rənglərin harmoniyasını yansıdıblar. "Odun üzərində rəsm" vorkşopunda isə təbiətin gözəlliklərini öz sənətlərinə əks etdiriblər. Və son olaraq, "Coffee art" vorkşopunda isə qəhvə ilə möhtəşəm əsərlər yaradan gənclər yaradıcılığın sərhədsiz olduğunu nümayiş ediblər.
Gənclər bu festivalı, böyük bir ilham mənbəyi olaraq gördüklərini və bu tədbirin gələcəkdə də davam etdirilməsini istədiklərini bildiriblər. Beləliklə, "Art Vibe" İncəsənət Festivalı iştirakçıların yaradıcılıq dolu ruhlarını oyandıraraq, şəhərimizin incəsənətsevərləri üçün unudulmaz bir gün olaraq yaddaşlara həkk olunub.



/ azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var