Bakıda narkotikə görə 48 nəfər SAXLANILDI

Bakıda narkotikə görə 48 nəfər SAXLANILDIBakıda narkotikə görə 48 nəfər saxlanılıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat gəzdirən, habelə mülkiyyət əleyhinə cinayətlər törədən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib.
Belə ki, Xətai Rayon Polis İdarəsinin və ərazi polis orqanlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər saxlanılıb.
Araşdırma zamanı saxlanılanların bir neçəsinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum edilmiş şəxslər olduqları müəyyən edilib. Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq silah gəzdirən Zamir Cəlilov saxlanılıb. Ondan bir ədəd "Revolver" tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib.
Zamir Cəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon və paytaxtın digər ərazilərində avtomobillərdən silsilə oğurluqlar edən Fikrət Cəlilov tutulub. Həmin şəxs Bakı şəhərində müşahidələr apararaq qapısı sahibi tərəfindən açıq saxlanılan nəqliyyat vasitələrinin salonlarından mobil telefonlar, pul kisələri, noutbuklar və digər qiymətli əşyalar oğurlayıb.
Fikrət Cəlilovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyat zamanı isə avtomobillərin ehtiyat hissələrinin satıldığı obyektlərdən birindən oğurluqlar edən Ceyhun Allahverdiyev və qardaşı Cəsarət saxlanılıblar. Bu şəxslər müxtəlif vaxtlarda həmin obyektə 3 dəfə daxil olaraq oradan xarici markalı nəqliyyat vasitələrinin katalizatorlarını oğurlayıblar. Ceyhun və Cəsarət Allahverdiyevlər bu yolla zərərçəkənə ümumilikdə 33 min manat maddi ziyan vurublar.

Hadisə       Tarix: 17 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Arvadının vurduğu iynədən şoka düşərək ölən kişi rəis imiş

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb. oxuaz-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş. Belə ki, o, "Azərişıq" ASC-nin idarələrini

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında köhnəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosndə qeydə alınıb. Belə ki, hərəkətd

Qazaxda avtomobil yandı

Qazaxda avtomobil yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qazax şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub

Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı

Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, cinayət əməlini törədən daha 3 nəfər – Y.Cəbiyev, Ə.Hüseyno

Cəlilabadda 10 yaşlı qız uşağı qızdırmadan öldü

Cəlilabad rayonunda 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma (sudurğa) keçirərək həyatını itirib. report-a istinadla xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Hadisə ilə bağlı TƏBİB-də

Sabirabadda faciəvi şəkildə ölən məktəblinin adı bilindi

Sabirabadda yol-nəqliyyat hadisəsində ölən məktəblinin şəxsiyyəti məlum olub. -a istinadən xəbər verir ki, ölən şəxs 2011-ci il təvəllüdlü P.Həsənlidir. Hadisə noyabrın 7-də Sabirabad şəhəri ərazisində qeydə alınıb. Bel

Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,6 maqnitulalı zəlzələ olub. xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkan Adana vilayətinin Kozana rayonu ərazisində qeydə alınıb. Zəlzələni

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərinin yaxınlığında kiçik təyyarə qəza uğrayıb. "Bild" qəzetinə istinadla xəbər verir ki, təyyarə qəzadan sonra avtomobil yoluna düşüb. Hadisə nəticəsind

Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. -a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahi


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər oxu.az xeberler xeberler bu gun xabarlar