Bakıda nazirlik əməkdaşı qəzaya səbəb oldu

Bakıda nazirlik əməkdaşı qəzaya səbəb olduBakıda hərəkətdə olan avtomobildə qayın kürəkənini döyərək, qəzaya səbəb olub.
KONKRET.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində baş verib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində baş sürücü vəzifəsində işləyən Allahverdi Ə. kürəkəni Elnuru döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, Elnurla həyat yoldaşı L.Ə. arasında mübahisə yaranıb. L.Ə. bundan əsəbləşərək atasının evinə gedib. Həyat yoldaşı ilə barışmaq istəyən Elnur idarə etdiyi "Toyota Prius" markalı avtomobillə qaynatasının evinə gedib. Qaynı Allahverdi isə onun hərəkətlərinə əsəbləşib və aralarında sözlü mübahisə yaranıb. Bundan sonra Elnur Allahverdiyə yaşadıqları evdən bir qədər kənarda söhbət etməyi təklif edib. O, da Elnurla razılaşaraq, sonuncunun maşınına əyləşib.
Bir qədər hərəkət etdikdən sonra onlar arasında yenidən mübahisə yaranıb. Allahverdi əsəbləşərək, onun üzündən əli ilə vurub. Aldığı zərbə səbəbindən Elnur əlini hərəkətdə olan avtomobilinin sükanından çəkib və maşın yoldan çıxaraq divara çırpılıb.
Məhkəmənin qərarı ilə Allahverdi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 200 manat miqdarında cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Hadisə       Tarix: 12 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İzmirdə fabrikdə güclü partlayış: ölənlər var

İzmirdə fabrikdə güclü partlayış baş verib. xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğı

Masallıda şəhid atası vəfat edib - Foto

Masallı rayonunda şəhid Bəşir Nuriyevin atası vəfat edib. -a istinadən xəbər verir ki, vəfat edən şəxs rayonun Binə Xocavar kənd sakini Nuru Nuriyevdir. Qeyd edək ki, Bəşir Nuriyev I Qarabağ müharibəsi zamanı 1994-cü ild

Mingəçevirdə yük maşını bataqlıqda batdı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barəd

Sabirabadda faciəvi şəkildə ölən məktəblinin adı bilindi

Sabirabadda yol-nəqliyyat hadisəsində ölən məktəblinin şəxsiyyəti məlum olub. -a istinadən xəbər verir ki, ölən şəxs 2011-ci il təvəllüdlü P.Həsənlidir. Hadisə noyabrın 7-də Sabirabad şəhəri ərazisində qeydə alınıb. Bel

Keçmiş nazirə ağır itki

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. xəbər verir ki, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda qonşusunu qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlı

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib. modernaz-a istinadən xəbə

Qubada ağır qəza - Ölən və yaralananlar var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, hadisə noyabrın 10-da saat 01:10 radələrində rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. "Lada Niva"

Mərdəkan şosesində qəza: Su maşını "Range Rover"lə toqquşdu

Bu gün Mərdəkan şosesində, Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza zamanı su daşıyan 77-RP-128 dövlət qeydiyyat nişanlı yük maşını ilə "Range Rover" markalı mini


azerbaycan xeberleri son xeberler yeni xeberler bugun xeberler valyuta mezenesi cəbhədən son durum en son xeberler