Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama
Paytaxtın Nərimanov rayonunda piyadaların sərbəst və təhlükəsiz hərəkətini məhdudlaşdıran obyekt sakinlərin narazılığına səbəb olub. Belə ki, Xan Şuşinski küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən obyekt səkinin üzərində inşa edilib.
Bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Məsələ ilə bağlı şikayətini bildirən vətəndaşın sözlərinə görə, artıq üç ildir Bakıda yaşayır və hər gün eyni mənzərə ilə qarşılaşır. Obyektin tamamilə səkinin üstündə yerləşdiyini deyən sakinin sözlərinə görə, tikili hətta işıqforun da qarşısını kəsib.
Məsələnin hüquqi tərəflərini şərh edən hüquqşünas Vüsal Cəfərov bildirib ki, tikinti işləri aparılmaqla səkilərin zəbt olunması Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, müfəssəl planın pozulması deməkdir.
Hüquqşünasın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsinə əsasən, belə bir əməli törətmiş fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər, hüquqi şəxslər isə 15 min manatdan 25 min manata qədər cərimə oluna bilərlər.
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən isə qeyd olunub ki, sözügedən tikili uzun illər öncə inşa edilib: "Həmin obyektin sökülməsi yalnız məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilə bilər".
/ azxeber.com
f Paylaş
Azərbaycanlı futbolçu "Qalatasaray"da
Renat Dadaşov Ukrayna klubuna keçdi
17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Dünya bazarında neft bahalaşdı
"Liverpul" 18 yaşlı hücumçu aldı
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü