Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?

Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?Bakıda fəaliyyət göstərən bəzi restoranlarda ümumi hesabdan əlavə olaraq 10 faiz və daha çox servis haqqının tutulması müştərilər arasında narazılıq yaradır. Bəzi məkanlarda bu barədə əvvəlcədən məlumat verilsə də, bəzi hallarda müştərilər əlavə ödənişdən yalnız hesab təqdim ediləndə xəbər tutur.
İstehlakçıların əvvəlcədən məlumatlandırılmadan ümumi hesaba əlavə edilən 10–15 faiz servis haqqı ilə bağlı narazılıqları istehlakçı hüquqları məsələsini gündəmə gətirir.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov azxeber.com-a açıqlamasında bildirib ki, çekdə ayrıca göstərilən servis haqqı qanuni hesab olunur.
Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?"Əgər çekdə servis haqqı ayrıca göstərilirsə, bu tələb qanuni sayılır və həmin məbləğdən vergi tutulur. Sahibkar isə bu vəsaitdən necə istifadə etməkdə sərbəstdir. Lakin kassa çeki təqdim edilmədən əlavə servis haqqı tələb olunursa, bu, hüquqi baxımdan düzgün hesab edilmir", - deyə o bildirib.
E.Hüseynov qeyd edib ki, son illər Azərbaycanda bu praktikanın geniş yayıldığı müşahidə olunur:
"Bir çox müəssisələrdə servis haqqı tətbiq edilir. Bəzi yerlərdə buna hətta "çay pulu" da deyilir".
Ekspertin sözlərinə görə, xidmət haqqı müştəriyə əvvəlcədən açıq şəkildə bildirilməlidir:
"Əgər əlavə xidmət haqqı tələb edilirsə, bu, menyuda və ya digər formada əvvəlcədən göstərilməlidir. Müştərinin son anda məlumatlandırılması düzgün deyil".
O əlavə edib ki, bəzi ölkələrdə servis haqqı geniş tətbiq olunan sistemdir. Azərbaycanda da biznes subyektlərinə bu sahədə müəyyən sərbəstlik verilib, lakin bu imkanlardan sui-istifadə halları da müşahidə olunur.
E.Hüseynov bəzi restoranlarda əlavə xidmətlərin, o cümlədən canlı musiqi və digər proqramların servis haqqı üçün əsas kimi göstərildiyini bildirib. Lakin heç bir əlavə xidmət olmadan bu ödənişin tələb edilməsi mübahisə doğura bilər.
O həmçinin son dövrlər kassa çeklərində mübahisəli qeydlərlə bağlı iddialara da toxunub və bildirib ki, istehlakçılar bu kimi hallarla bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər.
Şəhanə Ziyad

İqtisadiyyat       Tarix: 22 iyun 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər en son xeberler bu gun zelzele