Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava
Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.
KONKRET.az qaynarinfo.az-a istinadən xəbər verir ki, 1979-cu ildə İranda doğulan, Türkiyə vətəndaşı olan, sahibkar Mania Nəcəfzadə barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Sahibkar xanım İlahə Hacıyava adlı xanıma xəsarət yetirməkdə ittiham edilib. Onların arasında dava isə Türkiyə vətəndaşı, sahibkar Talıp Ağdemirə görə baş verib.
Belə ki, Mania Nəcəfzadə Bakıdakı evini Talıp Ağdemirə müvəqqəti yaşamaq üçün verərək, İstanbula gedib. İlahə Hacıyava həmin evdə Talıp Ağdemirlə görüntülərini Mania Nəcəfzadəyə göndərib. Bundan qəzəblənən Mania Nəcəfzadə İstanbuldan Bakıya gələrək, İlahə Hacıyavadan polisə şikayət edib.
Tərəflər polisdə qarşılaşıb, izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Bundan sonra Mania Nəcəfzadə əsəblərini cilovlaya bilməyib və İlahə Hacıyavanın sağ çiyin nahiyəsindən vuraraq, sağlamlığın uzun müddət pozulmasına səbəb olub, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurub.
Məhkəmənin qərarı ilə sahibkar qadın barəsində aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilib.

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib