Bakıda sürət həddi azadıldı: Tıxacların qarşısı alınacaq?
Xəbər verdiyimiz kimi, Bakının əsas prospektlərində nəqliyyatın hərəkət sürəti endiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli məlumat verib.
O bildirib ki, statistika paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir: "Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq".
Bəs bu qərar qəzaların sayının azalmasına səbəb olacaqmı?
Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov azxeber.com-a fikirlərini bildirib.
O qeyd edib ki, Bakı şəhərində baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarının bilərəkdən pozulmasıdır:
"Bizim ötən ilki araşdırmalarımızdan bəlli olub ki, Bakı şəhərində baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarının bilərəkdən pozulmasıdır. Sürət həddinin aşılması da yol hərəkəti qaydalarının bilərəkdən pozulmasına aiddir. Düşünürəm ki, bu gün Bakı şəhəri daxilində sürət həddinin bir qədər azaldılması tıxaclara səbəb olmayacaq. Əksinə bir qədər qəzaların qarşısını ala biləcək.
Sürət həddinin azaldılması həmçinin şəhərdə hərəkət edən piyadaların, velosipedçilərin, moped sürənlərin, ümumiyyətlə, bütün fərdi nəqliyyat vasitələri istifadəçilərinin hərəkətini bir qədər təhlükəsiz edəcək".
Ekspert qeyd edib ki, tıxaclara səbəb sürət həddinin qeyri-stabil olmasıdır:
"Şəhərlərdə tıxaclara səbəb sürət həddinin azaldılması yox, sürət həddinin qeyri-stabil olmasıdır. Yəni sürətin tez-tez yüksəlib-azaldılması, disbalans, qeyri-stabil intervallar tıxaclara səbəb ola bilir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, həmin yollarda sürət həddinin azaldılması ilə sürət həddinin aşılmasına görə cərimələrin sayı da yəqin ki, bir müddət artacaq".
Aydın Nuri
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var