Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az bildirir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Uğur" yaşayış kompleksində qeydə alınıb.
Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində altı ədəd plastik tullantı qutusu, yaxınlıqda park edilmiş "Audi" markalı minik avtomobilinin arxa yük hissəsi, "Nissan" və "Ford" markalı minik avtomobillərinin arxa bamperləri, eləcə də "Ford" markalı yük avtomobilinin ön bamperi yanıb.
Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.
Xidmetler [newsid: 0-123300]

102-nin aqibəti necə olacaq? – "Ermənilər rusları istəmir"
Ermənistan Azərbaycana nə ixrac edəcək?
Rusiya artıq Paşinyandan izahat deyil, qərar gözləyir
Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdı
Günəşdə güclü partlayış oldu
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Elgiz yeni verilişinin tarixini açıqladı
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
Bu avtomobillər 600 manatdan satışa çıxarılır
"Çevik"in döyüləndən sonra FOTOSU
Sabah bu ərzilərdə işıq olmayacaq
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı
İran hakerlərindən ABŞ-yə ŞOK KİBERHÜCUM: Kritik obyektlər hədəf alındı
Taylanda getmək istəyən azərbaycanlılara xoş xəbər
Deputat: "Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm platformadır