Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub
Noyabrın 9-da Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkədə bildirib.
"Bu gün, noyabrın 9-da Ukrayna Mədəniyyət və Xalq Yaradıcılığı İşçiləri Günündə Bakının mərkəzində yenilənmiş Ukrayna Mərkəzinin təntənəli açılışı olub", – diplomat yazıb.
O, açılışda ukraynalı fotoqraf Maksım Starikovun "Uşaqların düşüncələri" sərgisinin baş tutduğu qeyd edib. "Azərbaycanda ilk dəfə təqdim olunmuş bu sərgi müharibə şəraitində yaşayan müasir Ukrayna uşaqlarına həsr olunub", – səfir vurğulayıb.
Husyev tədbirdə Ukrayna icmalarının başçıları və Ukraynanın tərəfdaşlarının səfirlərinin iştirak etdiyini diqqətə çatdırıb.
"Bakıda Ukrayna Mərkəzinin açılışı təkcə mədəni hadisə deyil, həm də Ukrayna – Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Mərkəz Azərbaycandakı Ukrayna cəmiyyəti, eləcə də Ukrayna mədəniyyəti və tarixi ilə maraqlanan hər kəs üçün görüş yerinə çevriləcək", – o nəql edib.
Xatırladaq ki, ötən ay Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət etmişdi.

Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Tanınmış həkim həbs olundu