Bakıdan yeni qaz tranziti başlayır: Ölkəmizə faydaları…
Türkmənistan gələcəkdə Azərbaycan üzərindən Avropaya da qaz nəql edə bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə nəql olunması barədə danışarkən deyib.
Ekspert bildirib ki, bu layihə illər öncədən müzakirə olunurdu:
"Azərbaycan üzərindən Türkmənistan qazının nəql olunmasının ən yaxşı yolu birbaşa Trans-Xəzər boru kəmərinin çəkilməsi olmalı idi. Baxmayaraq ki, Avropa Birliyi də layihəyə böyük yatırım ayırmağı düşünürdü. Ancaq İran və Rusiya uzun müddət bu boru kəmərinin çəkilməsinə maneçiliklər törədirdilər və bu layihəni də reallaşdırmaq mümkün olmurdu.
Ancaq indi sxem bir az fərqlidir. Çünki hazırda Türkmənistan, Azərbaycan və İran arasında svop anlaşması imzalanıb. Türkmənistan öz qazını İranla sərhəddində İrana verir. Anlaşmaya görə də Azərbaycan eyni həcmdə qazı İran üzərindən alır, Bakı-Tiflis-Ərzurum qaz kəməri, TANAP vasitəsi ilə Türkiyəyə ötürə bilir.
Təbii ki, bu, Azərbaycana tranzit gəlirlər baxımından uğurlu müqavilədir. O cümlədən, gələcəkdə svop anlaşmanın həcmi genişlənərsə, Avropa istiqamətinədə də Türkmənistan qazının nəql olunması mümkün ola bilər".
Qeyd edək ki, 2025-ci il martın 1-dən etibarən Türkmənistan qazı Azərbaycan üzərindən Türkiyəyə nəql olunacaq.
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var