Bakının 8 kəndi tələb etməsinə İrəvandan HƏYASIZ CAVAB
Nə 9 (10) noyabr tarixli Üçtərəfli Bəyanatda Ermənistan tərəfi belə öhdəlik götürüb, nə də digər şəkildə.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycan XİN başçısı Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Ermənistanın 2020-ci ilin noyabrında 8 kəndi azad edəcəyini vəd etdiyi, ancaq bu razılaşmanı yerinə yetirmədiyi haqda açıqlamasını "Azadlıq" radiosuna şərh edərkən deyib.
O bildirib ki, dərc olunan müqavilələrdə yazılanlardan və imzalananlardan başqa heç bir müqavilə yoxdur.
O iddia edib ki, Azərbaycanın xarici işlər nazirinin bu sözləri uydurmadır və 10 noyabr Bəyanatının maddələrinin ölkəsi tərəfindən pozulmasına haqq qazandırmaqdır:
"Ermənistan dəfələrlə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Azərbaycan SSR arasında inzibati sərhəddə yerləşdirilməsini təklif edib".
Qeyd edək ki, Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan SSR-in sərhədlərinə daxildir. Bu halda Mirzoyanın Azərbaycan kəndlərini işğalda saxlamağa davam edəcəklərini elan etməsi anlaşılmaz, məntiqsiz və açıq-aşkar işğal deməkdir.
Üstəlik, Azərbaycan təkidlə sərhədlərin delimitasiya və demarkasiya edilməsini tələb edir ki, "qoşunların dayanacağı yer" bəlli olsun. Ermənistan isə müxtəlif bəhanələrlə prosesi uzadır./Axar.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO