Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA

Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMABakı şəhərində fəaliyyət göstərən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vərəm xəstəliyinə yoluxma halları ilə bağlı iddialar yayılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən təhsil müəssisəsində bir neçə tələbədə vərəm şübhəsi qeydə alınıb və bu səbəbdən tədrisin müvəqqəti dayandırıldığı bildirilir.
Tələbələr tibbi müayinələrdən və analizlərdən keçmək üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.
Oxşar vəziyyətin 5 nömrəli Bakı Peşə Məktəbində də müşahidə olunduğu iddia edilir. Bildirilir ki, həmin təhsil ocağında da vərəm şübhəsi olan tələbələr aşkar edilib və onlar da tibbi yoxlanışlara cəlb olunublar.
Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Tədrisin dayandırılması isə həm tələbələr, həm də valideynlər arasında narahatlıq və müzakirələrə səbəb olub.
Bizim.Media mövzuyla əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova peşə təhsil müəssisələrinin bağlanmasıyla bağlı iddianı təkzib edərək tədrisin davam etdiyini bildirib.
"Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 5 nömrəli Bakı Peşə Məktəbi ilə bağlı yayılan iddialar aidiyyəti dövlət orqanları tərəfindən araşdırılır.
Bildiririk ki, tədrisin müvəqqəti dayandırılması yalnız müvafiq qurumların qərarları əsasında, tələbələrin sağlamlığı və təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir.
Müəssisələrdə sanitar-epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır və zəruri profilaktik tədbirlər görülür", - deyə verilən açıqlamada qeyd edilib.
Qeyd edək ki, agentliyin verdiyi açıqlamada tədrisin dayandırıldığı inkar edilsə də, valideynlərin və tələbələrin saytımıza verdiyi məlumata görə  Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris 1 aydan çoxdur ki, dayandırılıb.
Müəssisənin pedaqoji heyəti, tələbələri yoxlanışlara göndəriliblər, hazırda isə məktəbdə dezinfeksiya işləri aparılır. / azxeber.com

Sosial       Tarix: 06 may 2026
f Paylaş

Oxşar xəbərlər

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadla Valeh Ələsgərovun dosyesini təqdim edir:. Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-d

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Evinin 'kupça'sı olmayanlara şad xəbər

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfəro

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər