Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
Demarkasiya və delimitasiya ilə bağlı əsasnamə təsdiqlənəndə Azərbaycanın rəsmi şəxslərindən biri elan etdi ki, əgər belə bir tənzimləmə varsa və əsas məqsəd sərhədlərin müəyyənləşdirilməsidirsə, deməli, həmin ərazidə heç bir müşahidəçi ola bilməz. Əminəm ki, müşahidəçilər gedənə qədər heç bir demarkasiyanın olmaması şərt olaraq irəli sürülüb. Düzdür, Ermənistandan da yüksək səviyyədə deyilib ki, əgər sərhəd çəkilirsə, onda onların burada olmasının nə mənası var? Yəni elan edirlər ki, biz əvvəldən demarkasiya aparaq, sonra müşahidəçiləri çıxaraq, məsələn, Tavuş sektorunda 12 km-lik demarkasiya kimi – orada müşahidəçi yoxdur.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Manvel Sərkisyan yerli mediaya müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan öz mövqeyini dəyişmir və AB missiyasının çıxmasını istəyir:
"Azərbaycanlılar beynəlxalq təşkilatları və ya bəzi ölkələri Ermənistanı Azərbaycana qarşı silahlandırmaqda ittiham edirlər və bu ərazidə, öz sərhədlərinə yaxın başqa heç bir qoşun qəbul etmirlər. Yəni həmişə bu mövqedədirlər. Ermənistan hakimiyyətinin nə edəcəyini bilmirəm, amma bu, şərtləri yerinə yetirmədiyini əsas gətirərək, Azərbaycanın sərhədin demarkasiyasını aparmaması üçün fürsət yaradır".
"Nikol Paşinyanın AB missiyasını uzatmamaq qərarı olarsa, Ermənistan-AB münasibətlərində nə baş verə bilər" sualına cavabında politoloq qeyd edib ki, hələlik missiyanın 2025-ci il fevralından sonra uzadılıb-uzadılmayacağı haqda qərar yoxdur:
"İmtina edilərsə, bunun Avropa üçün nə demək olduğunu nəzərə alsaq, münasibətlərə necə təsir edəcəyi qaranlıqdır. AB heç vaxt problemi açıq-aydın deməyib. Onlar Ermənistanın xahişi ilə gəliblər, istənilməyəcəyi halda gedəcəklər. Amma bu, həm də qeyri-müəyyən prosesdir, çünki siz bilmirsiniz ki, dünyada, Avropada hansı proseslər baş verir, Ukraynada müharibə hansı istiqamətə gedir və s."/axaraz
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu