Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz
Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!
Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir.
Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşun göndərir.
KONKRET.azglobalinfoaz-a istinadən xəbər verir ki, Qəzzada yəhudilərin qarşısına çıxmayan rəsmi Ankara Səudiyyədə müsəlman husilərin qarşısına çıxmağa hazırlaşır.
Mən şübhə etmirəm ki, şanlı Türk Ordusu Qəzzada böyük şücaət göstərər, qələbə qazanar. Onda bu güc də, bu qüdrət də var.
Üstəlik, nəzərə alaq ki, Türk Ordusu artıq genişmiqyaslı müharibələr görmüş və zəfər qazanmış Azərbaycan hərbçiləri ilə təlimlərdə iştirak edib, döyüş təcrübəsini artırıb.
Bəs problem nədir?
Problem ondadır ki, rəsmi Ankara Qəzzaya hərbi dəstək vermək niyyətində deyil. Türkiyənin dəstəyi ilə bağlı bəyanatlar səslənsə də, real addımlar söz səviyyəsindən o yana keçmir, keçməyəcək də.
Bəs yaxşı, Türkiyədə Azərbaycana qarşı kampaniya başladan və aparan şəxslər bu reallığı niyə görmürlər?
Niyə demirlər ki, ay cənablar, Səudiyyəyə qoşun göndərirsiniz, bəs Qəzza? Bəs orda həlak olan uşaqlara niyə kömək etmirsiniz? Niyə Qəzzaya türk qoşunu göndərib fələstinliləri xilas etmirsiniz?
Azərbaycanı İsraillə münasibətlərdə ittiham edən həmin təxribatçılar niyə bu sualları öz cənablarına vermirlər?
Çünki onların məqsədi Qəzza deyil: Azərbaycanı qaralamaq, onun böyüyüb daha da müstəqil olmasına, güclənməsinə mane olmaqdır.
Husilər Səudiyyəyə iki dənə raket atdılar, Türkiyə o saat ordunu səfərbər elədi.
Amma illərdir Qəzzaya bomba yağır, barmağını tərpətmir, sonra da Azərbaycanı nədəsə ittiham etməyə çalışırlar.
Sevindirici haldır ki, Türkiyədə Azərbaycanın bu məsələdə haqlı olduğunu düşünən və bunu dilə gətirən qardaşlarımız da var. Onlar məsələni ümmət deyil, dövlət və millət maraqları kontekstində, soyuqqanlı yanaşaraq qiymətləndirir, reallıqları düzgün təhlil edirlər.
Mən də reallıqları anlayıram və Türkiyənin Qəzzaya birbaşa hərbi müdaxiləsinin onu uzunmüddətli münaqişəyə sürükləyərək milli maraqlarına zərbə vura biləcəyini başa düşürəm. Elə isə sual yaranır: Türkiyə öz milli maraqlarını legitim sayırsa, Azərbaycanın milli maraqlarını niyə eyni meyarla qiymətləndirmir?

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq