"Bank BTB" karantin günlərində müştərilərin xidmətindədir

"Bank BTB" karantin günlərində müştərilərin xidmətindədir"Bank BTB" karantin günlərində müştərilərin xidmətindədir
Bildiyimiz kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 21 iyun – 5 iyul tarixlərində ölkə ərazisində karantin rejimi sərtləşdirilib. Xüsusi karantin rejiminin davam etdiyi günlərdə yalnız fəaliyyətinə icazə verilən sahələr əhaliyə xidmət edir.
Qeyd edək ki, fəaliyyət icazəsi olan sahələr arasında maliyyə təşkilatları kimi bank sektoru da gücləndirilmiş iş rejimində çalışır. 
Əhali ilə birbaşa təmasda olan banklar, xüsusilə onların filialları koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində aparılan tədbirlərə xüsusi əhəmiyyət verir. Məqsəd paytaxtda və bölgələrdə əhaliyə mütəmadi maliyyə xidmətlərinin göstərilməsi, bank xidmətlərinə fasiləsiz, tələb olduğu anda əlçatanlığın təmin edilməsidir.
"Bank BTB" də, öz növbəsində, koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması məqsədilə istər işçilər, istərsə də, müştərilərə münasibətdə xüsusi karantin qaydalarına ciddi əməl edir. Belə ki, müştərilər və əməkdaşlar maska və spirt məhlulu ilə təmin olunur, bədən hərarəti ölçülür, müştərilərə xidmətdə sosial məsafə və növbəlilik prinsipi əsas tutulur, eləcə də əməkdaşların iş rejimində məsafədən fəaliyyətə məhdudiyyət qoyulmur.
Bunlarla yanaşı, "Bank BTB"nin təklif etdiyi onlayn xidmətlər imkan yaradır ki, müştərilər banka gəlmədən kredit üzrə ödənişlərin edilməsi, əmanət üzrə vəsaitin artırılması, plastik kart və cari hesab balansına vəsaitlərin mədaxili, depozit, kart və cari balans üzrə hesaba nəzarət edilməsi və digər bir çox bank əməliyyatlarını rahatlıqla həyata keçirsinlər. 
Məlumat üçün bildirək ki, "Bank BTB" onlayn müraciət kanalları olan "Facebook" (www.facebook.com/bankbtb) və "Instagram" (www.instagram.com/bankbtb/) səhifələri, 055 3000 946 WhatsApp () nömrəsi, eləcə də (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı ilə həftəiçi beş gün müştərilərin xidmətindədir. /oxu.az

Siyasi       Tarix: 24 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsindən bildirilib. Buxarestin Rusiya idmançılarına viza verməkdən imtin

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Paşinyan: 'Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barəd

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanı

Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq - İlham Əliyev 

"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim"

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Senatını


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun qarabag az xeber