Bank hesablarından oğurluq edən şəxslər SAXLANILDI

Bank hesablarından oğurluq edən şəxslər SAXLANILDIBakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Eyni zamanda, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyən edilərək saxlanılıb.
Bundan əlavə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.

Hadisə       Tarix: 01 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda qonşusunu qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlı

Bakıda kütləvi dava: bıçaqlananlar var

Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Sərva

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərinin yaxınlığında kiçik təyyarə qəza uğrayıb. "Bild" qəzetinə istinadla xəbər verir ki, təyyarə qəzadan sonra avtomobil yoluna düşüb. Hadisə nəticəsind

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıd

Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə Azərbaycan bayrağı küçəsində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobillə "Toyota Prius" markalı maşın toqquşub. İlkin məlumat

Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. xəbər verir ki, bu barədə TƏBİB-də

Bakıda kişi evində ölü tapıldı

Bakı sakini evində ölü halda tapılıb. -ınxəbərinə görə, hadisə Binəqədi rayonu, A.Məmmədov küçəsində baş verib. 44 yaşlı Ramil Rafiq oğlu Tağıyevin meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Mask yenə Ukrayna ordusuna maneə yaratdı

"Starshield"in tətbiq etdiyi məhdudiyyətlər Ukrayna hərbçilərinin bütün əməliyyatlarının həyata keçirilməsinə mane olur. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Məlumat

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər cəbhədən video